Icma.az
close
up
RU
İradə Hüseynova: Ekoloji baxımdan təmiz, texnoloji cəhətdən səmərəli ikinci “yaşıl inqilab” dövrünə qədəm qoyuruq

İradə Hüseynova: Ekoloji baxımdan təmiz, texnoloji cəhətdən səmərəli ikinci “yaşıl inqilab” dövrünə qədəm qoyuruq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 23 oktyabr, AZƏRTAC

COP29 təkcə ekoloji və iqlim diplomatiyası baxımından deyil, həm də qlobal elmi inteqrasiyanın, bilik və innovasiyaların birləşdiyi bir məkan kimi tarixə düşüb. Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin qlobal ekosistem idarəçiliyində artan nüfuzunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış “yaşıl transformasiya” kursunun və milli elmin dövlət siyasətinə dərin inteqrasiyasının parlaq göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Alim “COP29: Qlobal və milli çağırışlar, elmin vəzifələri” adlı kitabın Azərbaycanın həm milli, həm də qlobal elmi məkan üçün strateji əhəmiyyətə malik olan COP29 konfransının məqsəd və vəzifələrinə, onun nəticə və çağırışlarına həsr olunmuş elmi fikir və analitik düşüncə məhsullarının toplanması, təhlili və ümumiləşdirilməsi yolu ilə ərsəyə gətirildiyini qeyd edib. Bu nəşrin, eyni zamanda, milli elmin beynəlxalq elmi məkanla sintezini və inteqrasiyasını əks etdirdiyini deyib.

Qlobal iqlim dəyişiklikləri, biomüxtəlifliyin qorunması, su, qida və enerji təhlükəsizliyi kimi problemlərin bu gün elmin strateji məsuliyyətini daha da artırdığını söyləyən vitse-prezident bu baxımdan təqdim olunan nəşrin həm elmi-nəzəri, həm də tətbiqi baxımdan dəyərli fikir və mülahizələrlə zəngin olduğunu söyləyib.

İradə Hüseynova bildirib ki, AMEA-nın, eləcə də hazırda Elm və Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin son illərdəki fəaliyyəti bu istiqamətlərin elmi təminatını gücləndirməyə yönəlib.

“Bu gün biz artıq yeni bir mərhələyə – ekoloji baxımdan təmiz, texnoloji cəhətdən səmərəli ikinci “yaşıl inqilab” dövrünə qədəm qoyuruq”, – deyən alim elmin bu prosesdə həlledicidi rolunu önə çəkib. O, post-COP29 dövründə ekoloji təhsil, iqlim davranışı mədəniyyəti və gənc alimlərin bu sahədə aktivliyinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Vitse-prezident artıq “elm üçün elm” mərhələsindən “dayanıqlı gələcək üçün elm” mərhələsinə keçidin baş verdiyini, bu gün elmin yalnız müşahidə edən deyil, həm də prosesləri yönəldən, proqnoz verən və qərarların qəbuluna elmi əsas yaradan mühüm qüvvə kimi çıxış etdiyini qeyd edib. Bildirib ki, təqdim olunan kitabda 2024-cü ildə AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində həyata keçirilmiş çoxsaylı tədbirlər, layihələr və nəşr fəaliyyətləri sistemləşdirilmiş şəkildə təqdim olunub, topluda 30-dan çox kitab və monoqrafiya, eləcə də 50-dən artıq elmi konfrans, dəyirmi masa, seminar və sərgi haqqında məlumat yer alıb.

Alimin sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində vurğulandığı kimi, təmiz ətraf mühitə və “yaşıl artım” modelinə əsaslanan inkişaf strategiyası dövlət siyasətinin prioritet istiqamətidir və elm bu siyasətin fundamental dayağını təşkil edir.

“İnanırıq ki, AMEA və ölkənin digər elmi qurumları bu istiqamətdə elmi koordinasiyanı daha da gücləndirərək, COP29-un elmi irsini ölkəmizin ekoloji təhlükəsizliyi və innovativ inkişaf strategiyasına elmi platforma kimi daxil edəcək”, – deyə vitse-prezident əlavə edib.

İradə Hüseynova təqdim olunan nəşrin yalnız elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu kütləsi, xüsusilə gənc tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli elmi mənbə olacağına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri