Icma.az
close
up
RU
Azərbaycanda bal satışı ilə bağlı SƏRT QAYDALAR GƏLİR Nələr dəyişəcək?

Azərbaycanda bal satışı ilə bağlı SƏRT QAYDALAR GƏLİR Nələr dəyişəcək?

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq ediləcək. Bununla bağlı müvafiq texniki normativ hüquqi akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir. Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin bölgənin coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yol veriləcək.
Bəs yeni qaydalar daha hansı məqamları ehtiva edəcək?

"Yeni Sabah" mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Sənəd balın təhlükəsizliyini və minimum keyfiyyət göstəricilərini müəyyən edir"

AQTA-dan sorğumuza cavab olaraq bildirildi ki, yeni texniki normativ hüquqi akt layihəsi aidiyyəti qurumlarla razılaşdırılması, o cümlədən ictimai müzakirə üçün "Lisenziyalar və icazələr" portalına yerləşdirilib: "Yeni sənəd balın təhlükəsizliyi və minimum keyfiyyət göstəricilərini müəyyən edir və bu sahədə mövcud tənzimləmələri daha da təkmilləşdirir. Qaydalar Avropa İttifaqının müvafiq direktivləri və Kodeks Alimentarius Komissiyasının "bal standartı" sənədləri əsasında formalaşdırılıb. Qaydalar balın bütün növlərinə - çiçək balı, gəzəngi (şirə) balı, şan balı, süzmə bal və digər formalarına şamil olunur. Sənəddə məhsulun tərkibi, istehsal üsulları, saxlanma şəraiti, daşınma qaydaları və etiketləmə tələbləri müəyyən edilib". Dominos pizza

Həmçinin bildirildi ki, yeni tələblərə əsasən, bala hər hansı kənar maddənin əlavə olunmasına yol verilmir. Balın təbii xüsusiyyətləri qorunmalı və süni müdaxilələrə məruz qalmamalıdır. Məhsulun saxlanması və daşınması zamanı temperatur və gigiyena qaydalarına ciddi riayət olunmalıdır, etiketləmə zamanı istehlakçılara düzgün və tam məlumat təqdim edilməlidir: "Etiketlərdə "Bir yaşına qədər körpələrə bal verilməməlidir" xəbərdarlığı mütləq qeyd olunmalıdır. Sənəddə botanik mənşəyi məlum olan ballar üçün çiçək tozcuğu tərkibinə dair minimum göstəricilər müəyyən edilib ki, bu da məhsulun mənşəyinin müəyyən edilməsinə imkan verir. Qaydaların tətbiqi bal istehsalında keyfiyyətin yüksəldilməsinə, saxta bal məhsullarının dövriyyəsinin qarşısının alınmasına, eləcə də istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək".

"Dünyada yalnız etiketli bal satılması kimi tələb yoxdur"

Azərbaycan Arıçılar Assosiasiyasının idarə heyətinin üzvü, "Balçı" MMC-nin əməkdaşı Elvin Bayramlının sözlərinə görə, hazırda müxtəlif ölkələrdən Azərbaycana külli miqdarda keyfiyyətsiz arı məhsulları idxal olunur və bunun qarşısı mütləq alınmalıdır: "Eyni zamanda, arı məhsullarının istehsalı və saxlanması barədə düzgün təbliğat aparılmalı, sosial şəbəkələrdə arıçı olmayan bəzi şəxslərin laboratoriya yoxlamalarına qarşı çıxışlarının qarşısı alınmalıdır. Digər tərəfdən, verilən rəsmi sənədlərə qarşı cəmiyyətdə etibar formalaşmalıdır. Hazırda alıcılar bu sənədlərə çox vaxt inanmırlar. Bundan əlavə, mövcud laboratoriyalar bəzi göstəriciləri yoxlasa da, fruktoza, qlükoza və kimyəvi qalıqları tam aşkarlaya bilmir. Həmçinin yeni qaydalara əsasən yalnız etiketli balların yoxlanılması tələbi yolverilməzdir. Dünyanın heç bir yerində bütün arıçıların yalnız etiketli bal satması kimi bir tələb yoxdur. Əgər bir vətəndaş aldığı balı gətirib yoxlatmaq istəyirsə, bu, təmin edilməlidir. Yeni qaydalar beynəlxalq standartlara cavab verməklə yanaşı, həm də işlək olmalıdır".

Saxta bal problemi

E.Bayramlının fikrincə, bəziləri tam saxta, bəziləri isə şəkər qarışdırılmış ballar istehsal edərək satırlar: "Bu, dürüst arıçıların işinə mane olmaqla yanaşı, cəmiyyətdə ümumi şübhə yaradır. Saxta məhsul bazardakı bütün təbii ballara qarşı inamsızlığa səbəb olur. Digər bir məsələ filtrlənmiş baldır. Təbii balın tərkibindəki çiçək tozluqları insan üçün çox faydalıdır, lakin onlar bəzən balın xarlanmasına və çöküntü verməsinə səbəb olur. Aparatda süzülmüş və çöküntüsü alınmış bal xam bal adlanır. Lakin bal xüsusi incə filtrlərdən keçirildikdə, tərkibindəki tozcuqlar tamamilə təmizlənir, məhsul şəffaflaşır, lakin bu zaman məhsul öz orijinallığını və xamlığını itirir".

"Qeydiyyatsız fəaliyyət göstərənlər cərimədən kənarda qalır"

Mütəxəssis bildirdi ki, dövlət nəzarəti vacibdir, amma ədalətli olmalıdır: "Problem ondadır ki, iş görmək istəyən cərimələnir. Heç bir infrastruktur qurmayan, qeydiyyatsız fəaliyyət göstərənlər isə yoxlamadan kənarda qalır, çünki onlar görünmürlər. Belə olan halda heç bir arıçı dövlətlə müqavilə bağlamaq və rəsmi sənədləşmə işlərinə getmək istəmir. Kənd şəraitində fəaliyyət göstərən arıçıdan ən yüksək standartları tam şəkildə tələb etmək yanlış yanaşmadır. Nəzarət elə qurulmalıdır ki, istehsalçıları tədricən inkişafa təşviq etsin".

E.Bayramlının sözlərinə görə, sənədlər reallığa uyğun işləməlidir: "Qanunlar qəbul edilərkən arıçılarla məsləhətləşmələr aparılmalı, ictimai müzakirələr təşkil olunmalıdır. Arıçılar üçün ən böyük risk xəstəliklərdir. Saxta bal problemi, müəyyən şərtlər daxilində arıçıların öz təşəbbüsü ilə də həll oluna bilər. Lakin xəstəliklərə qarşı mübarizədə heç bir dövlət qurumu arıçının yanında deyil. Əksinə, yalnız maneələr yaradılır. Bundan əlavə, xaricdən keyfiyyətsiz, virusa yoluxmuş və sənədləri saxta olan arılar gətirilir. Məsələn, idxal olunan arının sənədində "Karnika" cinsi yazılsa da, qurumlar bizə onun "Karpat" olduğunu deyirlər. Ortada belə ciddi problemlər var. Arılar ölürsə, xəstəlik yayılırsa və dövlət müalicə işində dəstək olmursa, nəticədə arıçılıq məhv olur. Belə olan halda balın təbii və ya saxta olmasının da heç bir önəmi qalmır, çünki ortada bal olmayacaq. Bizə ilk növbədə sağlam arı lazımdır".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 09 Avqust 2026 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri