Icma.az
close
up
RU
Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib FOTO

Azərbaycanda balıqçılıq sahəsinin inkişafı ilə bağlı seminar keçirilib FOTO

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

İyunun 1-də Bakıda Azərbaycanda balıqçılıq sahəsinin inkişafı, balıq təsərrüfatlarının yemlə təmin olunması və beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş seminar keçirilib.

Modern.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycanın bu sahədə fəaliyyət göstərən aparıcı şirkətlərindən biri olan "Sea Diamond" MMC olub. Seminarın əsas tərəfdaşlarından biri isə yüksək keyfiyyətli balıq yemləri istehsal edən, Danimarka və Türkiyənin birgə layihəsi olan BioMar-Sagun şirkətidir.

Seminar iştirakçılarını salamlayan moderator açılış çıxışında Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı və ölkədə balıqçılıq və akvakulturanın inkişafını hədəfləyən fərmana diqqət çəkib. Qeyd olunub ki, bu sənəd sektora dövlət səviyyəsində verilən ciddi dəstəyin göstəricisidir və seminarın keçirilməsi üçün əsas stimul da məhz həmin fərmandır. Fərman çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

Tədbirin açılışında çıxış edən “Sea Diamond” MMC-nin təsisçisi Amil Hüseynov şirkətin fəaliyyət istiqamətləri və Azərbaycanda bu sahədə əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verib.

Daha sonra BioMar-Sagun şirkətinin Türkiyə təmsilçiliyinin genel müdiri Yasemin İşsever şirkətin tarixçəsi, məhsul keyfiyyəti və beynəlxalq bazarlardakı uğurlarından bəhs edib. O bildirib ki, Türkiyədə BioMar-Sagun balıqçılıq yemləri sektorunda lider mövqedədir və Azərbaycanla əməkdaşlıq potensialı yüksəkdir.

Seminarda həmçinin şirkətin satış müdiri Sertaç Öcey, Azərbaycandakı təsərrüfatlarla tanışlıqlarına və potensial əməkdaşlıqlara dair ətraflı təqdimatla çıxış edib. O, yerli sahibkarlara öz təklif və tövsiyələrini çatdırıb.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Regional layihələrlə iş və monitorinq şöbəsinin aparıcı mütəxəssisi Ramin Babayev də çıxış edərək, ölkədaxili tənzimləmə, dəstək mexanizmləri və balıqçılıq sahəsində yerli sahibkarların rolu barədə danışıb.

Seminar çərçivəsində deputatlar – Milli Məclisin Aqrar siyasət komitəsinin rəhbəri Tahir Rzayev, sədr müavini Razi Nurullayev və komitənin digər üzvləri Aydın Hüseynov və Vüqar İsgəndərov da söz alaraq fikirlərini bildiriblər. Tədbirin fasiləsindən sonra isə çıxış edən BioMar şirkətinin Rusiya üzrə nümayəndəsi Dmitriy Arşavski regionda aparılan işlər və təcrübələr haqqında məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Seminarın sonunda təşkilatçıları “Sea Diamond” MMC və BioMar şirkətinin nümayəndələri tədbirdə iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər. Rəsmi hissənin ardınca qonaqlar üçün ziyafət təşkil olunub.

Tədbir iştirakçıları seminarın yerli və beynəlxalq əməkdaşlığın genişlənməsinə, akvakultura və balıqçılıq sektorunun inkişafına töhfə verəcəyini bildiriblər. Gələcəkdə bu istiqamətdə yeni müzakirələrin və layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri