Azərbaycanda bank sektorunun aktivləri artıb
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
"2026-cı ilin ötən dövründə bank sektoru sabit fəaliyyətini davam etdirib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, bank sektorunda məcmu kapital adekvatlıq səviyyəsi 16.7% və likvidliyin örtülmə əmsalı 156% olmaqla normativləri əhəmiyyətli üstələyib, sektor mənfəətlə fəaliyyət göstərib:
"Bank sektorunun aktivləri genişlənməsi iqtisadi fəaliyyətə dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15.1% artaraq 65.7 milyard manat olub. Kredit portfeli 14% artaraq 34.3 milyard manata çatıb. Bu dövrdə bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cəmi 2.7% olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 04 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















