Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-avqust aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmi-bərələri ilə 728 536 ton avtotexnika daşınıb.
"APA-Economics" ASCO-ya istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Belə ki, 2025-ci ilin yanvar-avqust aylarında bərələrlə 643 623 ton avtotexnika daşınıb.
Ədədlə ifadədə də avtotexnika daşımalarında artım qeydə alınıb. Cari ilin ilk 8 ayında bərələrlə 28 178 ədəd avtotexnika daşınıb. Ötən ilin eyni dövründə bu göstərici 25 641 ədəd təşkil edib. Beləliklə, daşınan avtotexnikanın sayı illik müqayisədə 10% artıb.
Hesabat dövründə bərə gəmiləri ilə tranzit avtotexnika daşımalarının həcmi 678 760 ton təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 9% çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 28 Sentyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















