Azərbaycanda bəzi kolleclər ləğv olunacaq EKSKLÜZİV
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu.az və Modern.az-a geniş müsahibəsində maraqlı açıqlamalar verib.
O, Ali təhsil haqaında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub. Bildirib ki, bəzi kolleclərin müəyyən universitetlərin tərkibinə daxil edilməsi, digər kolleclərin isə ləğv olunması nəzərdə tutulur.
“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud niyə Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində olmasın? Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”, - deyə komitə sədri bildirib.
Anar İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir.
“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərrbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 08 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















