Icma.az
close
up
RU
Azərbaycanda bəzi zavodların bağlanma səbəbi bəlli oldu AÇIQLAMA

Azərbaycanda bəzi zavodların bağlanma səbəbi bəlli oldu AÇIQLAMA

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yerli istehsalın xarici bazarlardan asılılığı iqtisadi sabitliyə birbaşa təsir edən əsas amillərdən biri sayılır. Bu problem hazır məhsullarla yanaşı, xammal və texnoloji avadanlıqların tədarükündə də özünü qabarıq göstərir.
Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli idxaldan asılılığın bir neçə parametr üzrə özünü büruzə verdiyini diqqətə çatdırıb. Ekspert qida sektorundakı vəziyyəti nümunə çəkərək yerli istehsalın xammal baxımından xarici bazarlara bağlandığını vurğulayıb.
"Bunlardan biri xammal asılılığıdır. Yəni elə istehsal və istehlak məhsulları var ki, biz bilavasitə xammal baxımından idxaldan asılıyıq. Məsələn, qida sektorunda istehsal olunan məhsulların böyük əksəriyyəti xammal baxımından idxaldan asılıdır.
İmişli Şəkər Zavodu Braziliyadan şəkər xammalı alır və həmin xammal əsasında şəkər istehsal edərək satışa çıxarır. Bu isə ciddi asılılıq yaradan haldır. Halbuki biz aqrar sektorda şəkər çuğunduru istehsalını inkişaf etdirərək yerli xammaldan istifadə edə bilərik".
İqtisadçı tekstil və ağır sənaye sahələrində də bənzər çətinliklərin yaşandığını, bunun isə yerli məhsulların maya dəyərini artırdığını qeyd edib. Onun sözlərinə görə, texnoloji asılılıq ucbatından bəzi yerli müəssisələr fəaliyyətini tamamilə dayandırmaq məcburiyyətində qalıb.
"Eyni hal tekstil sahəsində də müşahidə olunur. Məsələn, Özbəkistandan xammal idxal edilsə də, yerli xammal bazasının zəif olması istehsalı baha başa gətirir və nəticədə yerli istehsalın rəqabət qabiliyyəti azalır. Azərbaycanda velosiped, musiqi alətləri və kompüter avadanlıqları istehsalı kimi təşəbbüslər də olub. Lakin bu sahələrdə istifadə olunan texniki avadanlıqların böyük hissəsi idxaldan asılı olduğu üçün həmin müəssisələr bazarda davamlı uğur qazana bilmədi və fəaliyyətini dayandırdı.
Nəticə etibarilə, istehsalın idxaldan asılılığı yerli istehsalın inkişafına mane olur və onun rəqabət qabiliyyətini zəiflədir", - deyə o qeyd edib. 
Qısası, ölkədə fəaliyyət göstərən bir çox fabrik və zavodlar istehsal üçün lazım olan materialları xaricdən aldığı üçün xərcləri çoxalır və bu durum yerli malların həm bahalaşmasına, həm də rəqabətə dözməyərək sıradan çıxmasına səbəb olur.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 May 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri