Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Bakının mərkəzindəki obyektlərin bağlanma səbəbi bəlli oldu

Bakının mərkəzindəki obyektlərin bağlanma səbəbi bəlli oldu

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda son dövrlər restoran, kafe və mağazaların fəaliyyətini dayandırması, bəzi obyektlərdə isə bağlanma elanlarının yerləşdirilməsi diqqət çəkir. Sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırmasına artan xərclər, icarə haqları, istehlak tələbinin dəyişməsi və rəqabətin güclənməsi kimi amillərin təsir etdiyi bildirilir.
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, Bakının mərkəzində uzun illərdir fəaliyyət göstərən restoran, kafe və mağazaların bir-bir bağlanması artıq təsadüfi hadisə kimi təqdim edilməməlidir.

Onun sözlərinə görə, eyni ərazidə ardıcıl olaraq obyektlər fəaliyyətini dayandırırsa, məsələ artıq ayrı-ayrı sahibkarların bacarığı və ya yol verdiyi biznes səhvləri deyil, bazardakı vəziyyətdir:
“Xüsusilə Nizami küçəsində 20 min manatdan çox icarə məsələsini iqtisadi məntiqə bağlamaq lazımdır. Bunu düzgün qəbul edək ki, Bakının mərkəzində bağlanan obyektlər iqtisadiyyat üçün ciddi siqnaldır. 
Düşünürəm ki, Bakının mərkəzində uzun illərdir fəaliyyət göstərən restoran, kafe və mağazaların bir-bir bağlanması artıq təsadüfi hadisə kimi təqdim edilməməlidir. Eyni ərazidə ardıcıl olaraq obyektlər fəaliyyətini dayandırırsa, məsələ artıq ayrı-ayrı sahibkarların bacarığı və ya yol verdiyi biznes səhvləri deyil, bazardakı vəziyyətdir. 
Xüsusilə Nizami küçəsi, yəni “Torqovaya” kimi Bakının ən bahalı və ən çox tanınan ticarət məkanlarından birində vəziyyət daha diqqətlə araşdırılmalıdır. Burada bəzi obyektlərin aylıq icarə haqqının 20 min manata, hətta daha yuxarı məbləğlərə çatdığı bildirilir. İndi gəlin sadə hesab aparaq.
Sahibkar ayda 20 min manat yalnız icarəyə ödəyirsə, bunun üzərinə əməkhaqqı, sosial ödənişlər, vergilər, kommunal xərclər, xammal, logistika, avadanlıq, reklam və digər xərclər əlavə olunur. Restoran və ya mağazanın sahibkara real mənfəət gətirməsi üçün çox böyük dövriyyə yaratması lazımdır. Deməli, məsələ yalnız müştərinin sayında deyil. Əsas məsələ həmin müştərinin biznes üçün kifayət qədər gəlir yaradıb-yaratmamasıdır. 
Bu prosesə “əhalinin pulu yoxdur” deyib nöqtə qoymaq asandır, amma doğru deyil. Əhali işləyir, gəlir əldə edir və istehlak edir. Problem ondadır ki, pulun daha böyük hissəsi gündəlik və zəruri xərclərə gedir və restoran, kafe, geyim, əyləncə kimi təxirə salına bilən xərclərə əvvəlki qədər vəsait qalmır. İnflyasiya şəraitində insanların nominal gəliri artsa belə, real alıcılıq imkanları eyni templə artmaya bilər.
2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarətin real ifadədə 3,8 faiz artması da bazarda müəyyən aktivliyin olduğunu göstərir”.
İqtisadçı əlavə edib ki, eyni zamanda qiymətlərin 5,7 faiz artması o deməkdir ki, dövriyyənin artması avtomatik olaraq sahibkarın real mənfəətinin artması demək deyil:
“Burada sahibkarın digər tərəfdən sıxıldığı görünür. Müştərinin xərcləmək imkanları məhdudlaşır, sahibkarın xərcləri isə eyni sürətlə aşağı düşmür. İcarə yüksəkdir. Əməkhaqqı var. Vergilər var. Kommunal xərclər var. Xammal bahalaşır. Logistika xərcləri var. Kredit resursları ucuz deyil. 
Nəticədə sahibkarın dövriyyəsi aşağı düşür, amma xərcləri əvvəlki səviyyədə qalır. Belə şəraitdə biznesin bağlanması iqtisadi baxımdan təəccüblü deyil. Ən böyük problem isə kommersiya obyektlərinin icarə qiymətləri ilə həmin obyektlərdə fəaliyyət göstərən bizneslərin real gəlirliliyi arasında uçurumun yaranmasıdır.
Obyekt sahibi deyir: “Mənim obyektimin bazar qiyməti budur”. Sahibkar isə həmin icarəni ödəmək üçün hər ay böyük dövriyyə yaratmalıdır. Məsələn, 20 min manatlıq icarənin üzərinə digər xərcləri də əlavə etdikdə obyektin aylıq “ayaqda qalma” xərci çox ciddi rəqəmə çata bilər. 
Müştəri sayı və orta çek bu yükü qarşılamırsa, sahibkarın qarşısında iki yol qalır. Bunlardan biri ziyana işləmək, digəri isə qapını bağlamaqdır. Sahibkarın üçüncü yolu yoxdur. Biz sahibkardan vergi istəyirik, iş yeri istəyirik, əməkhaqqı ödəməsini istəyirik, icarə və kommunal xərcləri ödəməsini istəyirik, amma sonra soruşuruq ki, niyə biznesini bağladın?
Çünki biznesin iqtisadi hesabı artıq çıxmır. Burada çox ciddi bir məsələyə də diqqət yetirmək lazımdır. Yüksək icarə qiyməti yalnız sahibkarın problemi deyil. 
Obyekt boş qalanda əmlak sahibi də gəlir itirir. Obyekt bağlananda işçi işini itirir. İşçi işini itirəndə onun istehlakı azalır. İstehlak azalanda başqa mağaza və restoranların dövriyyəsinə təsir edir. 
Əgər bu tendensiya genişlənərsə, kommersiya daşınmaz əmlakı bazarı da bundan qaçmayacaq. Boş obyektlərin sayı artdıqca obyekt sahibləri icarə qiymətlərini aşağı salmağa məcbur ola bilərlər.
Çünki boş obyekt sahibinə heç bir gəlir gətirmir. Amma burada da bir paradoks var. Əgər obyektin icarə qiyməti 20-30 min manatdırsa, onu müəyyən qədər aşağı salmaq belə həmin biznes modelini xilas etməyə bilər. 
Çünki problem təkcə icarədə deyil, ümumi xərc strukturundadır. Ona görə Bakının kommersiya daşınmaz əmlakı bazarında yeni reallıq yarana bilər.
Ən təhlükəli vəziyyət isə budur: biz statistikada iqtisadi artım görürük, amma küçədə qapısına “icarəyə verilir”, “satılır” və ya “bağlanırıq” yazılan obyektlərin sayı artır. 
Bu ziddiyyət araşdırılmalıdır. Çünki iqtisadiyyat yalnız ÜDM rəqəmi deyil. İqtisadiyyat işləyən mağazadır. Restorandır. Kafedir. Kiçik sahibkardır. Onun yanında işləyən insandır. Onun ödədiyi icarədir. Ödədiyi vergi və yaratdığı iş yeridir. 
Əgər bu zəncir zəifləyirsə, deməli, iqtisadiyyatın aşağı hissəsində problem var. Məncə, artıq sahibkara “Niyə bağladın?” sualını verməkdən əvvəl “Səni bağlanmağa məcbur edən hansı iqtisadi şərtlərdir?” sualını verməliyik. Çünki sahibkar biznesini bağlamaq üçün biznes açmır.
Sahibkar qazanmaq üçün biznes açır. Əgər gəlir xərcləri qarşılamırsa, heç bir sahibkar uzun müddət ziyana işləməyəcək. Və bunu yalnız sahibkarın şəxsi problemi kimi qiymətləndirmək böyük səhvdir. 
Çünki hər bağlanan obyekt bir iş yerinin, vergi ödəyicisinin və iqtisadi dövriyyədə iştirak edən istehlakçının itirilməsi deməkdir. Ona görə Bakının mərkəzində obyektlərin bir-bir bağlanmasına “bazar özünü tənzimləyir” deyib keçmək olmaz. Bazar həqiqətən özünü tənzimləyir.
Amma bazarın necə tənzimləndiyinə baxmaq lazımdır. Bu proses yeni bizneslərin yaranması hesabına baş verir, yoxsa mövcud bizneslərin bağlanması hesabına?
Əgər ikinci variant üstünlük təşkil edirsə, bu artıq ciddi iqtisadi siqnaldır. 
Fikrimcə,  indi əsas məsələ sahibkara “daha çox işləyin” demək deyil. Biznesin işləyə bilməsi üçün iqtisadi mühiti düzəltməkdir. Çünki işləyən sahibkar iqtisadiyyatın yükü deyil, iqtisadiyyatın özüdür. Və bəzən iqtisadiyyatın real vəziyyətini ən yaxşı göstərən göstərici hesabatdakı rəqəm deyil, axşam saatlarında işıqları yanmayan mağazadır”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Avqust 2026 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri