Icma.az
close
up
RU
Azərbaycanda bir paylaşıma görə 10 15 min manat alan blogerlər və influinserlər var

Azərbaycanda bir paylaşıma görə 10 15 min manat alan blogerlər və influinserlər var

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, mayın 22-də Prezident İlham Əliyevin dörd qanuna dəyişikliyi təsdiqləyib. Həmin qanunlar bunlardır: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, "Üzümçülük və şərabçılıq haqqında” qanun, "Dərman vasitələri haqqında” qanun və "Reklam haqqında” qanun.
Bu dəyişikliklər nəticəsində "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.
Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni "rəqəmsal platforma təsirçisi” anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz qəbul olunan qərara öz münasibətini bildirib.
Ekspert yeni dəyişiklikləri şərh edərkən bildirib: 
"Reklam haqqında qanuna dəyişikliklər təsdiqlənib. Artıq sosial mediada reklamla məşğul olan influenserlər və blogerlər – rəqəmsal platforma təsirçiləri (RPT) üçün yeni tələblər müəyyən edilib. Bloger mütləq reklam paylaşımında açıq şəkildə "reklam" və ya "sponsorluq" sözünü qeyd etməli, VÖEN-lə fəaliyyət göstərməli, istifadə etmədiyi məhsulu istifadə etdiyi kimi açıqlamamalı, sifarişçi haqqında bilgilər verməli və lisenziya tələb edən məhsulların reklamı üçün müvafiq sənədləri paylaşmalıdır və s".
Osman Gündüz blogerlərin reklam qiymətləri haqda da danışıb: 
"Azərbaycanda blogerlər əsasən Meta (İnstagram, Facebook və s) və Google (Youtube və s.) rəqəmsal reklam bazarında üstünlük təşkil edir. Son dövrlərdə TikTok –da bu bazardan xeyli pay qopardır. Azərbaycanda bu sektorda, məhz bu tip reklam bazarının payı ildə təxminən 10 milyon manat civarındadır. Sosialda az sayda bloger var ki, bu fəaliyyətdən aylıq 50 min manatdan yuxarı dövriyyəsi ola bilər. Ümumiyyətlə isə, qiymətlər təxminən bir paylaşım üçün 50 manatdan başlamaqla, bir kompaniya üçün ortalama 500-1500 manat olmaqla, hətta 10-15 min manat da alan blogerlər var. Əksəriyyət isə elə də böyük pullar qazanmırlar. Yeri gəlmişkən, həmin bu 10 milyon əvvəllər TV-lərə çatırdı. İndi rəqəmsal bazar bunu TV-lərin əlindən alıb Bu rəqəm getdikcə artacaq. Baxmayaraq ki, bir neçə gün öncə indiyədək bir dəfə də olsun auditi keçirilməyən, hesabatlılığı olmayan , TV-lərin reytinqini ölçən "Marsa Azərbaycan" media üçün reallığı əks etdirməyən başqa data açıqlayıb. Bu isə, başqa bir müzakirə mövzusudur".
Osman Gündüz bu dəyişikliklər reklam bazarına, sosial medianın inkişafına necə təsir edəcək? sualına isə belə cavab verib:
"Düşünürəm ki, ümumiyyətlə bu bazarın tənzimlənməsi üçün şərait çoxdan yetişmişdi. Bu bazarda VÖEN-lə fəaliyyət göstərən məsuliyyətli blogerlərlə yanaşı, xeyli sayda qeyri-peşəkarlar, sui-istifadəçilər, nəyisə necə gəldi reklam edənlər, xeyli qazansalar da heç bir vergi ödəməyənlər də vardı.
Bu dəyişikliklər reklam bazarının peşəkarlaşması, vergi mədəniyyətinin formalaşması, istehlakçıların aldadılmasının qarşısının alınması və şəffaflığın təmin olunması baxımından müsbət addımdır. Sifarişçilər üçün də daha etibarlı əməkdaşlıq mühiti yaranacaq, kontent keyfiyyəti artacaq, sosial mediada izləyici etimadı güclənəcək. Amma risklər də var. Qanunun tətbiqində yol verilən aşırı addımlar bu kiçik biznes üçün, yeni bloger və influenserlər üçün çətinlik yarada bilər, yenicə auditoriya toplayan gənclər üçün tormozlayıcı faktora çevrilə bilər".
Qəbul olunmuş qərarla bağlı açıqlama verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, bundan sonra "İnfluincerlər” özünün istifadə etmədiyi məhsul barədə yanlış təsəvvür yarada bilməyəcək:
"Düşünürəm ki, bu dəyişiklik sosial media istifədəçilərinin aldadılmasının qarşısını almağa yönəlib. Çünki reallıqdır ki, ölkədə "influincer”lərin, blogerlərin reklamlarına aldanıb, dələduzların əlinə düşən minlərlə insan var. Bəzi "influincerlər” pul qarşılığında, mənşəyi, hüquqi ünvanı olmayan şirkətləri, qumar, kazino saytlarını, saxta piramida şirkətlərini, "applicationları” reklam edirdilər. Onlara inanan insanlar da bu tələyə düşüb, həm maddi, həm mənəvi ziyana düşürdülər.
Bundan sonra "influincer”lər reklam etdikləri şirkətlərin hüquqi ünvanını, VÖEN-ini postlarda qeyd etməlidirlər.
Hacıbəy Heydərli qanun dəyişikliyini mühüm yenilik adlandırıb:
"Son illərdə sosial mediada etik qaydaların pozulması, qeyri-qanuni və şübhəli mənşəli məhsul və xidmətlərin tanıdılması halları artmışdı. Bəzi influenserlər öz maraqları naminə reklam etdiyi məhsulu şəxsi təcrübə kimi təqdim edir, izləyicilərdə yanlış təəssürat yaradırdılar. Bu dəyişiklik həmin məsuliyyətsiz davranışlara qarşı hüquqi cavabdır.
Ümumilikdə bu qanun dəyişikliyi Azərbaycanda rəqəmsal reklam mühitinin hüquqi tənzimlənməsi baxımından mühüm yenilikdir və rəqəmsal platformalarda reklam fəaliyyətinə şəffaflıq gətirəcək və insanların aldanmasının qarşısını alacaq".
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas isə qərara özünəməxsus yanaşma sərgiləyərək "İnfluenser və bloqçular üçün qara xəbər gəldi deyə qeyd edib:

"İnfluenser və bloqçular üçün qara xəbər gəldi və qanun dəyişdi. Bundan sonra hər bir influenser və ya bloqçular sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə "reklam”, "reklam hüququ əsasında”, "sponsorluq” və ya "tərəfdaşlıq” qeydini əlavə etməlidir. Bundan başqa, influenserə özü istifadə etmədiyi məhsulu istifadə edirmiş kimi göstərib reklam etmək qadağan olunur. Hər bir influenser VÖEN sahibi olmalı və reklam etdiyi markanın hüquqi məlumatlarını qeyd etməlidir. Azərbaycan qanunvericiliyində influenserlər rəqəmsal platforma təsirçiləri olaraq adlandırıldı. Qanun artıq qüvvəyə minib. Diqqətli olun!”

Pərdəşünas dəyişiklik diqqətçəkən məqam haqda da danışıb: 

"İnfluenser üçün olan qanun əlavəsində gözdən qaçan qəribə bir nüans var. Beləki, İnfluenser reklam etdiyi məhsulun sifarişçi şirkəti ilə bağlı paylaşımda elan yazmalıdır. Bura şirkətin adı, ünvanı, telefonu, e-poçtu, VÖEN-i daxildir. Bundan əlavə reklam olunan məhsul lisenziya və standart tələb edirsə, mütləq şəkildə istehlakçıya o standartı və lisenziyanı görə bilməsi üçün keçid və ya məlumat yerləşdirməlisiniz.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 23 May 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri