Azərbaycanda bir sıra elmi müəssisələr universitetlərin tabeliyinə verilib
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Azərbaycanda bir sıra elmi müəssisələr universitetlərin tabeliyinə verilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə; Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə), Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə; Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan), Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.
Milli.Az
Baxış sayı:120
Bu xəbər 04 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















