Icma.az
close
up
RU
Kolleclər universitetlərin tabeliyinə verilir?

Kolleclər universitetlərin tabeliyinə verilir?

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Bəzi kolleclərin universitetlərin tabeliyinə verilməsi və yaxud mövcud kolleclərin əsasən profilinə uyğun universitetlərə təqdim olunması və tabeliyinə verilməsi əslində yaxşı addımdır".

Bu sözləri Musavat.com-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspertin sözlərinə görə, hazırda da ölkədə əksər kolleclər müxtəlif universitetlərin nəzdində fəaliyyət göstərir:

"İstər Dövlət Neft və Sənaye Universitetinin, istər İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Pedaqoji Universitetin, Aqrar Universitetin və sairə, demək olar ki, əksəriyyətinin tabeliyində kolleclər fəaliyyət göstərir. Bəzi kolleclər var ki, onlar hər hansı tabelik olmadan fəaliyyət göstərirlər. Bunlar da əsasən regional kolleclərdir".

Elçin Əfəndi hesab edir ki, kolleclərin universitetlərin tabeliyinə verilməsi ilə təhsilin keyfiyyətinin avtomatik şəkildə yüksələcəyini gözləmək doğru deyil:

"Kolleclərlə bağlı ciddi problemimiz var. Həm kollec idarəetməsi ilə bağlı, həm də kolleclərdə təhsil keyfiyyətilə bağlı problemlər mövcuddur. Bir neçə kollecimiz var ki, onlar demək olar normal təhsilə çox yaxındırlar. Digər kolleclərimizdə isə ciddi problemlər var. Bu gün əgər subbakalavr dərəcəsindən bakalavrların ali təhsil müəssisələrinə qəbul məsələsi olmasaydı, düşünün ki, kolleclərə müraciətlərin sayı kəskin şəkildə aşağı düşəcəkdi. Yalnız kolleclərin qəbul faizini artıran məhz bu qərarın qəbul edilməsidir. Nazirlər Kabinetinin qəbul etdiyi qərar subbakalavrlardan bakalavrlara keçidə imkan verib və bu da məhz kollec oxumaq istəyənlərin sayına təsir göstərib".

Ekspertin fikrincə, əsas məsələ kollecin hansı universitetin tabeliyində olması deyil, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsidir:

"Düşünürəm ki, kolleclərin keyfiyyətini artırmalıyıq. Yəni hansı universitetin tabeliyində fəaliyyət göstərməsi və yaxud müstəqil fəaliyyət göstərməsi bizim üçün əsas problem deyil. Əsas problem kollec təhsilinin, tədrisin keyfiyyətini artırmaqdır. 1 nömrəli və 2 nömrəli Bakı Baza Tibb Kolleci var və onlar da müstəqil fəaliyyət göstərirlər. Həmin kollecləri Tibb Universitetinin tabeliyinə verməklə biz nə isə əldə etmirik. Yalnız o zaman nə isə əldə edə bilərik ki, Tibb Universitetinin, belə deyək, infrastruktur, tədris planlaması baxımından həmin kolleclərə hər hansı bir qatqısı olsun. Əks halda, müstəqil şəkildə fəaliyyət göstərirlərsə və nəticələri də qənaətbəxşdirsə, belə bir dəyişikliyə bir o qədər də ehtiyac duymuram. Sadəcə olaraq, dediyim kimi, təhsilin keyfiyyətini biz kollec istiqamətində artırmalıyıq".

Ekspert kolleclərin ləğvi məsələsinə də toxunub. O bildirib ki, gələcəkdə bəzi özəl kolleclərin, eləcə də tədris keyfiyyəti aşağı olan bəzi dövlət kolleclərinin ləğvi gündəmə gələ bilər:

"İndi konkret olaraq adlar səsləndirilə bilmir, çünki əksəriyyəti, dediyim kimi, bu müəssisələrin tabeliyindədir. Qaldı ki, dəyişikliklərin kollecdə təhsil alan tələbələrə və həmin müəssisələrdə çalışan müəllimlərə təsirinə, burada həm müsbətə doğru, həm də mənfiyə doğru dəyişiklik baş verə bilər. Amma böyük ehtimalla müəyyən qədər müsbət dəyişikliklər ola bilər. Yəni həm müəllim kollektivi, həm də təhsil alanlar üçün. Qaldı ki, təhsil keyfiyyətinə təsirinə, dediyim kimi, bir o qədər də müsbətə doğru dəyişiklik gözləmirəm. Çünki buraya qədər əksəriyyəti universitetlərin tabeliyində fəaliyyət göstərirdi. Amma ciddi bir dəyişiklik yox idisə, bundan sonra yenə universitetlərin tabeliyinə verilməsi ilə hansısa mühüm nailiyyət əldə edə bilməyəcəyik. Mühüm nailiyyət əldə etmək üçün kollec istiqamətində dərin islahata ehtiyac var".

Xatırladaq ki, Milli Məclisin deputatı Anar İsgəndərov AzEdu.az və Modern.az-a açıqlamasında bəzi kolleclərin ləğv olunacağını deyib.

“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud, Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə, Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetinin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”, - deyə millət vəkili bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Oktyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri