Azərbaycanda bir sıra fondlar ləğv olunur Siyahı
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Meşə Məcəlləsi, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, "Yerin təki haqqında", "Tullantılar haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Tibbi sığorta haqqında", "Avtomobil yolları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Gömrük tarifi haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Nağdsız hesablaşmalar haqqında", "Hesablama Palatası haqqında", "Dövlət satınalmaları haqqında" və "Balıqçılıq haqqında" qanunlara təklif edilən müvafiq dəyişikliklərdə əksini tapıb.
Layihə "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Prezidentin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli fərmanı çərçivəsində hazırlanıb. Layihədə məqsədli büdcə fondlarının ləğv edilməsi, fondların mədaxil mənbələri olan cərimə xarakterli və dəymiş ziyanın ödənilməsi ilə bağlı daxilolmaların qeyd-şərtsiz dövlət büdcəsinin gəlirlərinə aid edilməsi, digər maliyyə mənbələrinə münasibətdə isə fondların tabe olduğu orqanların işçilərinin sosial müdafiəsinin maliyyələşdirilməsi məqsədilə bölgü müəyyən edilməsi təklif olunur.
2026-cı il üzrə hesablamalara əsasən məqsədli büdcə fondları üzrə daxilolmaların ümumi həcmi 472,3 mln. manat səviyyəsində proqnozlaşdırılır. Layihə yeni maliyyə öhdəliklərinin yaradılmasına deyil, mövcud maliyyə axınlarının daha səmərəli və məqsədyönlü qaydada yenidən təsnifləşdirilməsinə və idarə olunmasına yönəlib.
Beləliklə, aşağıdakı fondlar ləğv ediləcək:
- Meşələrin qorunub saxlanması və təkrar istehsalı Fondu
- Mineral xammal bazasının bərpası üzrə Dövlət Fondu
- Nəqliyyat vasitələrinin utilizasiyası Fondu
- Ətraf mühitin mühafizəsi üzrə Dövlət Fondu
- Su bioresurslarının artırılması, bərpası və mühafizəsi Fondu
- Xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsi və mühafizəsi üçün yaradılmış fondlar
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 18 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















