Icma.az
close
up
RU
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr Siyahı

Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr Siyahı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə fəaliyyət göstərən bir sıra dövlət qurumlarının və təşkilatlarının rəhbər vəzifələri xeyli vaxtdır ki, boşdur. Belə ki, bir sıra sabiq məmurlar deputat seçildikləri üçün vəzifələrindən azad ediliblər. Bəzi şəxslər isə vəzifələrindən azad olunsalar da, onların yerinə yeni şəxs təyin olunmayıb.

Globalinfo.az Bizim.Media-ya istinadən kreslosu boş qalan məmurların siyahısını təqdim edir:

“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin (keçmiş “Azərsu) İdarə Heyətinin sədrinin kreslosu boşdur. Sabiq sədr Köçərli Həsənov bu ilin sentyabrında vəfat edib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri vəzifəsi də öz sahibini gözləyir. Nəzərə alaq ki, sabiq sədr Şahin Seyidzadə sentyabrın 20-də keçirilən parlament seçkilərdə Milli Məclisin deputatı seçilib.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi də boşdur. Sabiq icra başçısı Asif Əsgərov VII çağırış Milli Məclisə deputat seçildiyi üçün Dövlət başçısının 23 sentyabr 2024-cü il tarixli sərəncamı ilə vəzifəsindən azad edilib.

Bakı Şəhər İcra Hakimiyyətində 4 yüksək vəzifə hazırda boşdur. Söhbət icra hakimiyyətinin rəhbərliyinə daxil olan birinci müavin və üç müavin postundan gedir. Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi saytında həmin vəzifələrin qarşısı uzun müddətdir adsız göstərilir.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətində birinci müavin postuna sonuncu təyinat 2018-ci ilin iyul ayında olub, bu vəzifəyə Eldar Əzizov gətirilib. Lakin üç aydan sonra – 2018-ci ilin noyabrında Eldar Əzizov dövlət başçısının sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə irəli çəkildiyindən, birinci müavin postu boşalıb.

O vaxtdan birinci müavin vəzifəsinə təyinat olmayıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova 2021-ci ildə vəzifəsindən azad edilib. Onun yerinə də hələ ki təyinat yoxdur.

Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 2017-ci ildə vəfat edib və bu günə kimi onun yeri də boş qalıb. Daha bir müavin postuna da son illər təyinat həyata keçirilməyib.

Beləliklə, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyində 4 yüksək vəzifə boş olduğundan, həmin postlara təyinat aparılması gözləniləndir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu rektoru Mustafa Babanlı olub. O, ötən ilin iyul ayında vəzifəsindən azad edilib. Rektorun səlahiyyətləri Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru, dosent Vazeh Əsgərova həvalə olunub.

Azərbaycan Dövlət Dəniz Akademiyası da rektorsuz universitetlər sırasındadır. Ali təhsil müəssisəsinin rektoru Heydər Əsədov parlamentin deputatı seçildikdən sonra vəzifəsindən azad edilib.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov da Ali Məclisin deputatı seçildiyi üçün vəzifəsini itirib. O, oktyabrın 27-də vəzifəsindən azad edilib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov isə Qarabağ Universitetinə rektor təyin edilib. Onun yerinə hələlik təyinat olmayıb.

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov bu ilin oktyabr ayında vəzifəsindən azad edilib. Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri