Icma.az
close
up
RU
Azərbaycanda Biznes Ombudsmanının yaradılması təklif olunur

Azərbaycanda Biznes Ombudsmanının yaradılması təklif olunur

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"İki gün əvvəl hava limanında taksi xidməti ilə bağlı qərar elan edilərkən rəqabət mühitinin boğulmasına yönəlmiş inzibati yanaşmaların doğru olmadığı barədə əhatəli yazmışdım".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Ombudsman Aparatı hava limanında taksi xidməti və qiymət siyasəti ilə bağlı monitorinq aparıb:

"Rəsmi açıqlamada qeyd edilir ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59-cu maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir. Addım təqdirəlayiqdir. Amma hesab edirəm ki, bu məsələyə münasibət bildirməli olan qurum təkcə Ombudsman Aparatı ilə məhdudlaşmamalıdır".

İqtisadçı bildirib ki, ökəmizdə Prezident tərəfindən təyin edilən və birbaşa ona hesabat verən Biznes Ombudsmanı institutunun yaradılmasına və ona müvafiq səlahiyyətlərin verilməsinə ciddi ehtiyac var:

"Belə bir institut sahibkarların hüquqlarının qorunmasına, inzibati maneələrin aradan qaldırılmasına, ədalətli rəqabət mühitinin təmininə, dövlət-biznes dialoqunun güclənməsinə və ən əsası xarici investorlar üçün etibarlı, cəlbedici iqtisadi mühitin formalaşmasına xidmət edəcək strateji bir mexanizm olar. Ölkəmizdə böyük investisiya forumları keçirilir, cənab Prezident beynəlxalq tədbirlərdə hər dəfə nə qədər məşğul olsa da, mütləq vaxt ayıraraq qlobal investorlarla şəxsən görüşür, ölkəyə investisiyanın cəlbi üçün bütün imkanlar səfərbər edilir.  Amma investorlar ayrı-ayrı sahələrdə inzibati metodlarla rəqabətin boğulduğunu görsə, bu, onları tərəddüdə salmazmı?!

Qlobal investor sadəlövh deyil. O, diqqəti cəlb etməyən ən kiçik çatışmazlıqları belə görür, dərindən təhlil edir və qərarlarını buna əsasən verir. Onların gözündən heç nə yayınmır. Buna görə də bu tip məsələlərdə xüsusilə diqqətli olmalıyıq. Məhz buna görə səlahiyyətli Biznes Ombudsmanı institutunun yaradılması ölkəmizin iqtisadi inkişafında strateji bir addım, önəmli mərhələ olardı".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri