Icma.az
close
up
RU
Azərbaycanda biznesin qeydiyyatı prosesində yeni islahatların həyata keçirilməsi gözlənilir EKSKLÜZİV

Azərbaycanda biznesin qeydiyyatı prosesində yeni islahatların həyata keçirilməsi gözlənilir EKSKLÜZİV

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda son illərdə biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm irəliləyişlər əldə olunub. Ölkə Dünya Bankının 2020-ci il üzrə “Doing Business” hesabatında “Biznesə başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yeri tutaraq bu sahədə dünyanın aparıcı ölkələri sırasına daxil olub. Bu nailiyyət biznesin qeydiyyat prosesinin sadələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl islahatların nəticəsidir.

Azərbaycan hökuməti sahibkarlıq fəaliyyətini sürətləndirmək və biznes üçün daha əlverişli mühit yaratmaq məqsədilə bir sıra vacib addımlar atıb. Buraya hüquqi şəxslərin dövlət qeydiyyatının elektronlaşdırılması, xarici investisiyalı kommersiya qurumlarının qeydiyyat prosesinin sadələşdirilməsi və məlumatların rəqəmsal sistemlər üzərindən inteqrasiyası kimi mühüm yeniliklər daxildir. Bununla belə, davamlı inkişafı təmin etmək üçün yeni və qabaqcıl təcrübələrin tətbiqi zəruridir. Bu məqsədlə Azərbaycan hazırda Dünya Bankının yeni “Business Ready” hesabatında mövqeyini daha da möhkəmləndirmək istiqamətində fəal iş aparır.

Mövzu ilə bağlı “Report” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəis müavini Hüsniyyə Abdullayeva ilə söhbətləşib.

Yüksək nəticəni qorumaq

H. Abdullayevanın sözlərinə görə, Azərbaycanda biznesə başlama sahəsində beynəlxalq qiymətləndirmə sonuncu dəfə Dünya Bankının 2020-ci ilədək tərtib etdiyi “Doing Business” hesabatı çərçivəsində aparılıb:

“Azərbaycan həmin hesabatda biznesin işə başlaması üzrə yaradılmış imkanlara görə dünyanın ilk onluğunda yer alıb. Biznesin qeydiyyatı prosesi üzrə ölkəmiz ən yaxşı beynəlxalq təcrübələrdən birinə malikdir. Bu, həqiqətən yüksək nəticə idi və təbii ki, Azərbaycan bu uğuru qorumağa çalışır”.

O bildirib ki, uzun fasilədən sonra Dünya Bankı Qrupu yeni qiymətləndirmə aparmağa başlayıb. Yeni metodologiya əsasında hazırlanacaq “Business Ready” hesabatı biznes mühitinin qiymətləndirilməsinə yönəlib.

“Bu istiqamətdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Biznesə daxilolma” İşçi Qrupunun iştirakı ilə mühüm tədbirlər həyata keçirilib. Xüsusilə 2022-2023-cü illəri və ayrıca 2024-cü ili əhatə edən iki yol xəritəsi icra olunub”, -deyə H. Abdullayeva bildirib.

Onun sözlərinə görə, hər iki yol xəritəsi çərçivəsində Azərbaycanda biznesə daxilolmanın daha da asanlaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb:
- Biznesin təsis edilməsi qaydalarının keyfiyyətinin artırılması və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması;
- Biznesin qurulması üçün normativ-hüquqi bazada məhdudiyyətlərin minimallaşdırılması;
- Startaplar üçün rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və şəffaflığın artırılması;
- Biznesin təsis edilməsi və əməliyyatların başlanması üçün onlayn xidmətlərin inkişaf etdirilməsi.

H.Abdullayeva əlavə edib ki, 2022-2023-cü illər üzrə yol xəritəsi çərçivəsində 6 komponent üzrə 30-a yaxın, 2024-cü ilin yol xəritəsi çərçivəsində isə 4 komponent üzrə 16 tədbir həyata keçirilib.

Vaxt itkisinin azaldılması ilə bağlı tədbirlər

Rəis müavini bildirib ki, hər bir islahat və yenilik uzunmüddətli təşkilati, hüquqi, institusional və texniki hazırlıq tələb edir:

“Bu proses bir neçə dövlət qurumunun koordinasiyalı fəaliyyətini və böyük həcmdə işin görülməsini əhatə edir. Biznes qeydiyyatının effektivliyinin artırılması məqsədilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupu çərçivəsində intensiv işlər aparılıb. Müzakirələr və razılaşdırmalar nəticəsində müvafiq qurumların birgə səyi ilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda, Əmək, Mülki və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilib və təsdiqlənib”.

Onun sözlərinə görə, bu dəyişikliklər kommersiya qurumlarının dövlət qeydiyyatı sahəsində qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsinə xidmət edir. Bu çərçivədə, xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatı prosedurları eyniləşdirilib:

“Bu çox mühüm addımdır. Xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı zamanı işçilərlə ilk dəfə bağlanmış əmək müqaviləsi məlumatlarının e-ərizəyə daxil edilməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra həmin məlumatların ƏƏSMN-in e-informasiya sisteminə ötürülməsi təmin edilib. Bundan əlavə, elektron qeydiyyat zamanı hüquqi ünvanı təsdiq edən sənədin əlavə edilməsi tələbi aradan qaldırılıb. Artıq elektron dövlət qeydiyyatından xarici fiziki şəxslərlə yanaşı, xarici hüquqi şəxslər də istifadə edə bilər. Bu yeniliklər xarici investorlar üçün prosedurları sadələşdirir, investisiya mühitini daha cəlbedici edir və ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinə müsbət təsir göstərir”.

H.Abdullayeva qeyd edib ki, bu nəticəyə çatmaq üçün Dövlət Vergi Xidməti Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyi ilə koordinasiyalı fəaliyyət göstərib. O, xüsusilə xarici investisiyalı kommersiya qurumlarının qeydiyyatı sahəsində “Elektron apostil” layihəsinin həyata keçirilməsini və 2024-cü ildən yerli və xarici investisiyalı MMC-lərin təsis sənədlərində məlumat dəyişikliyinin elektron qaydada aparılmasını mühüm uğurlar kimi vurğulayıb:

“Bu yeniliklər sayəsində MMC-lərin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişikliyi elektron qaydada qeydiyyata alınır ki, bu da biznes üçün vaxt itkisini əhəmiyyətli dərəcədə azaldır. Əvvəllər yalnız yerli investisiyalı kommersiya hüquqi şəxslərin ilkin qeydiyyatı elektron qaydada həyata keçirilirdi. “Biznesə daxilolma” işçi qrupu tərəfindən görülən hüquqi, təşkilati və texniki tədbirlər nəticəsində artıq həm yerli, həm də xarici investisiyalı MMC-lər təsis sənədlərində dəyişikliklərin elektron qaydada qeydiyyata alınması üçün müraciət edə bilirlər. Bu proses cəmi 3 iş günü ərzində başa çatdırılır”.

Bundan əlavə, kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” elektron imzanın tətbiqi üçün texniki imkan yaradılıb. Hüquqi şəxsin elektron qeydiyyatı başa çatdıqdan sonra ona lisenziya və icazə tələb olunan fəaliyyət növləri barədə bildiriş göndərilir, əgər hüquqi şəxs belə bir fəaliyyət növünü seçərsə, “Lisenziyalar və icazələr” portalına birbaşa keçid imkanı təqdim olunur, H.Abdullayeva əlavə edib.

“Eyni zamanda, beynəlxalq tələblər də nəzərə alınıb. Məsələn, BMT-nin qərarlarına uyğun olaraq, sanksiya tətbiq edilmiş fiziki şəxslərin və qurumların hüquqi şəxs təsis etmək hüquqları məhdudlaşdırılıb”, - o bildirib.

Yeni islahatlar, təcrübələr, asan şərtlər

Rəis müavini bildirib ki, “Biznesə başlama” göstəricisinin yaxşılaşdırılması üçün dünya ölkələri daim mütərəqqi islahatlar həyata keçirir:

“Hər bir dövlət biznes üçün ən əlverişli şərtləri yaratmaqda maraqlıdır. Bu sahədə qlobal miqyasda güclü rəqabət mövcuddur və daim irəliləmək vacibdir. Yəni bir dəfə yaradılmış şəraitlə kifayətlənmək mümkün deyil. Beynəlxalq reytinqlərdə yüksək mövqe tutmaq istəyən ölkələr yeni təcrübələri tətbiq etməli və daha asan prosedurlar yaratmalıdır. Ölkəmizdə biznesin qeydiyyatı prosesinin yaxşı səviyyədə olmasına baxmayaraq, İşçi qrup bu sahədə islahatları davam etdirmək əzmindədir. Hazırda bir sıra yeniliklər üzərində aktiv iş aparılır və 2025-ci ildə bu sahədə yeni islahatların həyata keçirilməsi gözlənilir”.

Bu çərçivədə nəzərdə tutulan əsas yeniliklərdən biri təsisçilər barədə məlumatların proaktiv şəkildə qeydiyyat orqanı tərəfindən əldə edilərək sistemə daxil edilməsi olacaq. Bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” qanunlarına dəyişiklik layihələri artıq hazırlanıb və hazırda müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir, H.Abdullayeva qeyd edib.

O əlavə edib ki, kommersiya qurumlarının benefisiar mülkiyyətçiləri barədə məlumatların dövlət qeydiyyatına alınması və onların reyestrinin aparılması ilə bağlı texniki imkanların yaradılması da mühüm yeniliklərdən biridir:

“Hazırda bu sahədə normativ sənədlər hazırlanır və qüvvəyə mindikdən sonra benefisiar mülkiyyətçilərin məlumat bazasının aparılması təmin ediləcək. Eyni zamanda, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində iştirak edən müvafiq dövlət qurumlarının – Mərkəzi Bank, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və KOBİA-nın məlumat bazalarının əlaqələndirilməsi üzərində iş aparılır. Bu addımlar biznes qeydiyyatı prosesinin daha sürətli və şəffaf aparılmasına töhfə verəcək”.

Onun sözlərinə görə, işçi qrup çərçivəsində digər mühüm tədbirlər də icra olunur. Xüsusilə Beynəlxalq Xüsusi Hüquq üzrə Haaqa Konfransının təşviq etdiyi Elektron Apostil Proqramına uyğun olaraq elektron apostil verilmiş xarici mənşəli sənədlərin yoxlanılması və distant notarial təsdiqlənməsi imkanlarının yaradılması üzərində iş aparılır.

“Bu yenilik sayəsində xarici sənədlərin tərcüməsi və onların notarius tərəfindən elektron təsdiqi mümkün olacaq. Bu prosesin rəqəmsallaşdırılması sənədlərin daha sürətli leqallaşdırılmasını təmin edəcək və biznesin vaxt itkisini azaldacaq”, - H.Abdullayeva əlavə edib.

O həmçinin elektron leqallaşdırma xidmətinin yaradılmasının vacibliyini vurğulayıb: "Bu məqsədlə Xarici İşlər Nazirliyinin “Konsul leqallaşdırılması” informasiya sisteminin yaradılması və leqallaşdırılmış sənədlərin “Elektron notariat” sistemi üzərindən notariuslar tərəfindən distant təsdiqlənməsi və ünvana çatdırılması xidmətinin tətbiqi gündəmdədir. Hazırda bu istiqamətdə müvafiq qanunvericilik aktlarının razılaşdırılması prosesi davam edir".

İnvestisiya mühitinin yaxşılaşdırılması ilə bağlı gözləntilər

Son illərdə Azərbaycanın biznes mühitinin inkişafı üçün bir sıra mühüm addımlar atılıb və bu sahədə mütərəqqi təcrübələrin tətbiqi davam edir. Rəis müavini hesab edir ki, bu islahatlar Dünya Bankının “Business Ready” hesabatında Azərbaycanın göstəricilərinə müsbət təsir edəcəyinə dair gözləntiləri artırır:

“Lakin nəzərə almaq lazımdır ki, Dünya Bankı qiymətləndirmə prosesində yalnız dövlət qurumlarının rəylərinə əsaslanmır, sahibkarların və ekspert cəmiyyətinin də fikirlərini nəzərə alır. Hesab edirik ki, biznes qeydiyyatı sahəsində son illərdə atılmış addımlar sahibkarlar tərəfindən də müsbət qarşılanıb. Bununla yanaşı, bu proses qlobal trendlərdən, dünya ölkələrində aparılan təcrübələrdən və yeni yanaşmalardan da asılı olacaq”.

H.Abdullayeva vurğulayıb ki, gələcəkdə biznesin qeydiyyatının daha sürətli və asan həyata keçirilməsi üçün rəqəmsal platformaların inkişafı, yeni alət və interfeyslərin yaradılması, innovativ IT həllərin tətbiqi, xarici investorların təmsilçiliyi üçün prosedurların daha da sadələşdirilməsi əsas prioritetlərdən biridir.

“Gözləyirik ki, ‘Business Ready’ hesabatı Azərbaycanın biznes qeydiyyatı sahəsində həyata keçirdiyi islahatları və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində əldə etdiyi irəliləyişləri əks etdirəcək. Çünki bu təşəbbüslər ölkənin biznes və investisiya mühitinin əlverişliliyini artırmağa, yerli və xarici investorlar üçün cəlbedici şərait yaratmağa xidmət edir. Bununla yanaşı, sahibkarlıq sahəsində son illərdə əldə olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək və rəqabət qabiliyyətini artırmaq əsas hədəflərimizdəndir”.

Bu islahatlar ölkədə sahibkarlıq fəaliyyətinin daha rahat və şəffaf aparılmasına, investisiya mühitinin daha da cəlbedici olmasına və Azərbaycanın qlobal biznes indekslərində mövqeyinin yüksəlməsinə mühüm töhfə verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://report.az
archiveBu xəbər 04 Fevral 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yuxulara inanmaq olarmı? Cavab sizi TƏƏCCÜBLƏNDİRƏCƏK

01 İyun 2025 13:55see196

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see162

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see144

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see132

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see130

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see130

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see129

Niyə şorba ikinci gün daha dadlı olur? CAVAB

01 İyun 2025 13:21see129

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see127

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see127

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see126

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see125

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see123

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see123

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see122

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see121

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see121

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see119

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see118

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri