Icma.az
close
up
RU
Azərbaycanda böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün yeni üsuldan istifadə olunacaq VİDEO

Azərbaycanda böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün yeni üsuldan istifadə olunacaq VİDEO

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yerin dərinliklərindəki hərəkətlər nəticəsində böyük dağıntılara səbəb olan zəlzələdən qorunmaq üçün Azərbaycanda yeni üsuldan istifadə olunacaq.

Bunu “Report”a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Zəlzələ Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Azər Qasımzadə deyib.

O bildirib ki, binalara yeni cihazlar yerləşdiriləcək və bununla da onların zəlzələyə dayanıqlılığını yoxlamaq, izləmək mümkün olacaq:

"İzlənmə cihazları strateji əhəmiyyətli yüksək bina və qurğulara qoyulacaq".

A.Qasımzadə qeyd edib ki, AZMİU-nun Seysmik Araşdırma Mərkəzində bununla əlaqəli Monitorinq Mərkəzinin bu ildən qurulması planlaşdırılıb:

“Mərkəzdə binalar cihazlar vasitəsilə fasiləsiz izləniləcək, layihədən kənaraçıxma varsa, bununla bağlı bina sahibinə məlumat veriləcək. Qarşı tərəfin tələbi əsasında mövcud problemləri aradan qaldırmaq üçün layihə veriləcək. Bu da təkanlar qeydə alındıqdan sonra olacaq. Məsələn, zəlzələ zamanı binadan mərkəzə siqnal gələcək. Nəticə etibarilə mərkəzdə yeraltı təkanların meydana gətirəcəyi yerdəyişmə barədə bütün informasiyalar olacaq. Əgər təhlükə varsa, həmin məlumatlar aidiyyəti üzrə təqdim olunacaq".

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə qeyd edib ki, Azərbaycan seymoaktiv bölgədə yerləşir:

“Bu səbəbdən tarixi zəlzələlərin təkrar olumasi ehtimalı qaçılmazdır. Zəlzələnin qısamüddətli proqnozunu əvvəldən demək mümkün deyil. Bu, bütün dünyada belədir".

O xatırladıb ki, Azərbaycan ərazisinin seysmik təhlükə xəritəsi hazırlanıb:

“Bu, baza materialı kimi zəlzələnin neçə maqnitudada olduğunu öyrənməyə imkan verəcək. Bakının da zəlzələ ilə bağlı mikrorayonlaşdırma xəritəsi yaradıla bilər. Hətta Fövqəladə Hallar Nazirliyi də bununla bağlı təklif irəli sürüb. Yəqin yaxın gələcəkdə üçün məsələ həllini tapar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://report.az
archiveBu xəbər 14 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see286

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see233

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see170

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see166

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see124

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri