Icma.az
close
up
RU
Azərbaycanda bu əməliyyatın qadağası gündəmdə Çoxunun seçimi

Azərbaycanda bu əməliyyatın qadağası gündəmdə Çoxunun seçimi

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda təbii doğuş getdikcə azalır. İddialara görə, həkimlərin əksəriyyəti bir çox hallarda tibbi zərurət olmadan belə qadınları keysəriyyə əməliyyatına yönləndirirlər. Hətta bu səbəbdən ölənlərin olduğu da deyilir. Necə deyərlər ki, maddi maraqlar naminə bəzi həkimlər qadınların sağlamlığını ciddi risk altına atır, lakin buna qarşı ciddi nəzarət mexanizmi görülmür.

Bu sahədə sərt qaydaların tətbiqi mümkündürmü? Keysəriyyə əməliyyatına müəyyən məhdudiyyətlər qoyula bilərmi?

Globalinfo.az-a danışan səhiyyə iqtisadiyyatı üzrə mütəxəssis Nərmin Abbaslı deyib ki, son illərdə Azərbaycanda keysəriyyə əməliyyatlarının artım tempi narahatlıq doğurur.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, keysəriyyə əməliyyatları ümumi doğuşların 10-15 faizini keçməməlidir:

“Lakin ölkəmizdə bu rəqəm 50 faizi belə aşır. Bu isə təkcə tibbi deyil, həm də səhiyyə sistemindəki idarəetmə və iqtisadi qərar mexanizmlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir. Əlbəttə keysəriyyə əməliyyatını qadağan etmək mümkün deyil. Çünki həqiqi ehtiyac zamanı bu can qurtaran bir alternativ variantdır. Düşünürəm ki, təbii doğuşu pisləmədən, keysəriyyəni isə tənqid etmədən, hər ikisini düzgün zamanda seçməyi öyrətməliyik”.

Nərmin Abbaslı

Mütəxəssis bildirib ki, qadınların əksəriyyəti təbii doğuşun vacibliyini, keysəriyyənin isə ancaq ciddi tibbi göstəriş olduğu halda seçilməli olduqlarını bilmirlər:

“Mənim bədənim, mənim qərarım” yanaşması çox yanlışdır, çünki keysəriyyə əməliyyatı riskləri həddən çox artırır, bunu istəyə görə seçmək təhlükəlidir. Üstəlik, səhiyyə sisteminə əlavə yük gətirir və resursların qeyri-effektiv istifadəsinə səbəb olur. Maarifləndirmə strategiyası mütləqdir. Ana namizədlərinə tibbi əsaslı, obyektiv və emosional manipulyasiyadan uzaq informasiya verilməlidir.

Hansı hallarda keysəriyyə əməliyyatı zəruridir? Hansı hallarda təbii doğuş daha təhlükəsiz və sağlamdır? Bunlar dəqiq izah edilməlidir. Əgər xəstəxanalar və ya həkimlər üçün keysəriyyə daha “asan” və ya daha “maddi cəlbedici” seçimdirsə, bu da təbii doğuşun sayını azaldır. Burada maliyyələşdirmə modelləri və xidmət keyfiyyət göstəriciləri yenidən dizayn olunmalıdır. Həmçinin tibbi protokollara nəzarət mexanizmləri gücləndirilməlidir ki, keysəriyyə qərarlarının tibbi əsaslı olub-olmadığına nəzarət edilsin. Hər xəstəxanada doğuş formalarının statistik təhlili və ictimai hesabatlılıq təşviq olunmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri