Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə

Azərbaycanda enerji içkilərinin qadağası gündəmdə

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Azərbaycana idxal olunan “Nitro Max” energetik içkilərində qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən təhlükəli maddə aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən “Orxan 011" MMC tərəfindən idxal olunmuş ”Nitro Max" əmtəə nişanlı energetik içki məhsul partiyasından laborator sınaqlarının nəticələrinə əsasən, məhsullarda dərman vasitələrinin tərkibində istifadə olunan və qanunvericiliklə qida məhsullarında istifadəsinə icazə verilməyən sildenafil maddəsi aşkar edilib. 

Ümumi sayı 4800 ədəd olan energetik içkil sahibkarın və agentlik əməkdaşlarının iştirakı ilə xüsusi poliqonda məhv edilib. 

Son dövrlər Azərbaycanda yeniyetmələr və uşaqlar arasında qəfil ürək ölümlərinin artmasının bir səbəbini də enerji içkiləri ilə əlaqələndirirlər. Həkim-kardioloq Jalə Abbasova bizimlə söhbətdə bildirib ki, yeniyetmələrdə erkən yaşda baş verən bu cür ölümlərin başlıca səbəblərindən biri energetik içkilərdən sui-istifadədir.

Bəzi ölkələrdə enerji içkilərinin satışına qadağa qoyulub. Litva, Latviya, Polşa, Rumıniya və Türkiyədə enerji içkilərinin 18 yaşdan kiçik şəxslərə satışı qadağandır. Qazaxıstanda isə məhdudiyyət daha sərtdir və bu içkilər 21 yaşdan kiçiklərə satıla bilməz. Danimarka, Fransa və Norveç kimi ölkələr 1990-2000-ci illərdə yüksək kofein və taurin tərkibli enerji içkilərinə, xüsusilə Red Bull-a tətbiq olunan tam qadağa tətbiq edir. Hazırda bir çox ölkələrdə enerji içkiləri tam qadağan olunmasa da, onların satışı ciddi şəkildə məhdudlaşdırılır.

Bizdə də belə qadağalar olmalıdırmı?

Millət vəkili Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Enerji içkilərinin təsiri böyükdür. Bunlar təbliğatın nəticəsində belə geniş vüsət alıb. Bizdə bəzən idman yarışlarını belə idmana zidd olan enerji içkilərinin sponsorluğu ilə keçirirlər. Əslində bunlar olmamalıdır. Bunun özü də bir təbliğat növüdür. Ona görə də uşaqların qəfil ölümünün səbəbləri ciddi şəkildə araşdırılmalıdır. Bunlar narahatedici məsələlərdir. Hesab edirəm ki, bu məsələ ətrafında çox ciddi araşdırma aparılmalıdır. Məsələnin mahiyyəti dəqiq aşkara çıxarılmalıdır. Əks halda bu cür faciəli hadisələrin tez-tez şahidi ola bilərik. Bu hər kəsin evində sirayət edəcək hadisələrin qarşısını almalıyıq”.

Həkim - cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Energetik içkilərlə bağlı məsələ getdikcə aktuallaşır. Xüsusilə də uşaqların olduğu məkanlarda, məktəblərdə uşaqların bufetlərdən gedib sərbəst şəkildə almasına heç bir nəzarət yoxdur. Böyüyən uşaq orqanizmi üçün bu içkilər çox ziyanlıdır. Onların ürəyini həddən artıq yorur, beyninin funksiyalarını pozur. Həmin içkilərin tərkibində olan, hələ leqal olanları deyirəm, kofein, taurin kimi maddələr uşaqlara çox ziyandır. Bu içkilərin tərkibindəki asılılıq yaradan maddələrin olmasına gəlincə, bununla zaman-zaman şayiələr, söhbətlər gəzirdi. Təəssüf ki, bu şayiələr heç də əsassız deyil. Çünki bu içkilərə aludəçilik çox hiss olunur. AQTA bu məsələdə diqqətli olmalıdır. Onun tərkibinə müəyyən maddələrin vurulması asılılıq yaradırsa, bu çox təhlükəlidir. Gənclər arasında da enerji içkilərinin istehlakı çox genişlənib. Bu yoxlamalar da çox mühümdür”. 

Xatırladaq ki, enerji içkilərinin yüksək kofein tərkibi ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini yüksəldir və mərkəzi sinir sistemini stimullaşdırır. Uşaqlar, yeniyetmələr və ürək xəstələri üçün bu, ciddi risklər yarada bilər. Həddindən artıq kofein qəbulu ürək ritminin pozulmasına, yüksək təzyiqə, yuxusuzluğa və nadir hallarda qəfil ürək problemlərinə səbəb ola bilər. Enerji içkilərindəki digər stimullaşdırıcı maddələr, məsələn, taurine və guarana, kofeinlə birlikdə sinergetik təsir göstərir. Bu, ürəyin daha çox işləməsinə səbəb olur və uzun müddət və ya həddindən artıq istehlak zamanı ürək və damar sistemi üzərində əlavə yük yaradır. Bu içkilər həmçinin aludəçilik riski daşıyır. İçkilərdəki stimullaşdırıcı maddələr beyində dopamin və digər sinir sistemini aktivləşdirir, yorğunluğu aradan qaldırmaq üçün daha çox istehlaka meyil yaradır. Enerji içkilərinin əksəriyyəti çox miqdarda şəkər ehtiva edir ki, bu da diabet, piylənmə və diş problemlərinə yol açır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri