Icma.az
close
up
RU
Müəllimlərə 2 3 ildən bir qiymətləndirmə tətbiq olunacaq

Müəllimlərə 2 3 ildən bir qiymətləndirmə tətbiq olunacaq

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Müəllimlərin əməkhaqlarının artırılması, peşə nüfuzunun yüksəldilməsi və sertifikasiya prosesinin daha çevik mexanizmlərlə tənzimlənməsi təhsil sahəsində ən çox müzakirə olunan və həssas mövzulardan biridir.
Mövzuyla bağlı deputat Elnarə Akimova Modern.az-a danışıb.

Deputat qeyd edib ki, müəllimdən yüksək nəticə tələb ediriksə, onun əməyinə uyğun sosial təminat və peşəkar inkişaf imkanları da yaratmalıyıq.


"Son illərdə sertifikatlaşdırma müəllimlərin maddi stimullaşdırılması baxımından mühüm mexanizmə çevrilib. Mövcud qaydalara əsasən, sertifikatlaşdırmada 30-50 bal toplayan müəllimlərin vəzifə maaşına 10 faiz, 51-60 bal toplayanların maaşına isə 35 faiz əlavə tətbiq edilir. 2022-2026-cı illərdə 104 mindən çox müəllimin bu prosesdə iştirakı, 91 mindən artıq müəllimin əməkhaqqına əlavə alması mexanizmin əhatə dairəsini göstərir.
Lakin müəllimin əməyini yalnız imtahan nəticəsi ilə ölçmək olmaz. Sertifikasiya fənn biliklərini və müəyyən peşə bacarıqlarını yoxlayır, amma müəllimin gündəlik dərs fəaliyyəti, şagirdlərlə fərdi işi, təlim metodlarından istifadə bacarığı və məktəbin inkişafına verdiyi töhfə də qiymətləndirilməlidir".
E. Akimova qeyd edib ki, bu səbəbdən müəllimlərin əməkhaqqının artırılması üçün  baza maaşının mərhələli şəkildə yüksəldilməsi məsələsi nəzərdən keçirilməlidir:

"Sertifikasiya nəticələrinə görə verilən əlavələr fərdi peşəkarlığı stimullaşdırır, baza maaşının artırılması isə daha geniş müəllim kütləsinin sosial vəziyyətinə müsbət təsir göstərir. Bu iki mexanizm bir-birini tamamlamalıdır.
Digər tərəfdən, müəllimin əlavə əmək və məsuliyyət tələb edən fəaliyyətinə görə də ödəniş nəzərdə tutulmalıdır. Sinif rəhbərliyi, metodiki iş, gənc müəllimlərə mentorluq, əlavə məşğələlərin aparılması və tədris resurslarının hazırlanması kimi fəaliyyətlər müəllimin iş yükünü artırır. Bu əməyin ayrıca qiymətləndirilməsi müəllimlər üçün real stimul ola bilər. Ucqar və müəllim çatışmazlığı olan ərazilərdə çalışan pedaqoqlara əlavə həvəsləndirmə ödənişlərinin tətbiqi də məqsədəuyğundur".

Deputatın sözlərinə görə sertifikatlaşdırma imtahanının 5 ildən 2-3 ilə salınması müəllimlərdə psixoloji yük yarada bilər.

"Daha real yanaşma beşillik sertifikatlaşdırma müddətini saxlamaqla yanaşı, hər iki-üç ildən bir aralıq peşəkar qiymətləndirmə mexanizminin tətbiqidir. Bu qiymətləndirmə yenidən imtahan vermək formasında deyil, müəllimin ixtisasartırma təlimlərində iştirakı, açıq dərsləri, metodiki fəaliyyəti və peşəkar inkişafı əsasında aparıla bilər. Müəllim bu mərhələdə uğurlu nəticə göstərərsə, ona əlavə maddi həvəsləndirmə verilməsi də nəzərdən keçirilə bilər. Beləliklə, müəllim yalnız beş ildən bir imtahan nəticəsinə görə deyil, davamlı inkişafına görə də mükafatlandırılar".

Deputat Ceyhun Məmmədovun sözlərinə görə isə sertifikatlaşdırma imtahanının müddəti qısaldıla bilər.

"Azərbaycanda son illərdə müəllimlərin maaşında tez-tez artım görürük. Amma onu da qeyd etməliyik ki, bu gün də müəllimlərimizin aldığı maaş yetərli deyil. Ona görə də müəllimlərinin maaşının artması üçün mühüm addım atmalıyıq. Bu prosesin daha sürətli həyata keçirilməsi üçün, sertifikasiya imtahanları 5 il əvəzinə 3 ildən bir keçirilə bilər. Daha qısa müddətli olması müəllimlərin maaşlarında artımın daha tez olması deməkdir" - deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri