Icma.az
close
up
RU
Vətən üçün canını fəda etdi

Vətən üçün canını fəda etdi

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

16 noyabr leytenant Niftəliyev Ümüd Oruc oğlu şəhidlik zirvəsinə yüksəlib

Şanlı tarixini möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya yenilməz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.  Müzəffər ordumuzun qazandığı qələbəni həzm edə bilməyən düşmən noyabrın 16-da dövlət sərhədində növbəti təxribata əl atdı. Düşmənin təxribatı nəticəsində baş verən döyüş əməliyyatları zamanı leytenant Niftəliyev Ümüd Oruc oğlu ən uca zirvə olan şəhidlik mərtəbəsinə yüksəlib. 

Ümüd 20 oktyabr 1998-ci ildə Babək rayonu Araz kəndində anadan olmuşdur. Orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuşdur. 

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ümüd Niftəliyev Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınması zamanı 16 noyabr 2021-ci il tarixində şəhid olmuşdur.

Şəhidimizin atası Oruc Niftəliyev: “Ümüd hələ uşaq vaxtlarından Vətənə xidmət edəcəyini, Vətən üçün canından keçəcəyini deyirdi. O, Vətəni canından çox sevirdi. Ümüd Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxumaq istəyirdi. Bu arzusuna çatdı. Sonra Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi, zabit oldu. Vətən müharibəsində şücaətlə vuruşdu. Döyüş yoldaşları həmişə onun haqqında qürurla danışırlar. Sonunda öz arzusuna çatdı, canından çox sevdiyi Vətən üçün canını fəda elədi, Azərbaycan Ordusunun qəhrəman zabiti kimi şəhidlik zirvəsinə yüksəldi. Mən onunla fəxr edirəm! Fəxr edirəm ki, oğlum Vətən, torpaq, müqəddəs yurdumuz Azərbaycan uğrunda canından keçdi”.

Ümüdün ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucaldığını və bununla qürur duyduğunu vurğulayan qardaşı Sərxan qeyd edir: “Qardaşım Vətən müharibəsində iştirak edib, qazi olub. Sonra şərəfli xidmətini davam etdirib. O, qəhrəmandır, bizim fəxrimizdir. Mən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq Vətənimizin müdafiəsində olmağa, onun uğrunda canımdan keçməyə hər zaman hazıram”.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Niftəliyev Ümüd Oruc oğlu Prezident İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, Vətənə sədaqətləri və qəhrəmanlıqları gələcək nəsillərə örnək olacaqdır.

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see313

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see301

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see297

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see293

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see293

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see289

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see280

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see277

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see272

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see249

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see246

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see242

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see240

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see240

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see235

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see229

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see228

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see226

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see224
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri