Icma.az
close
up
RU
Azərbaycanda bu şəxslərə 12 500 manatadək cərimə tətbiq edilir XƏBƏRDARLIQ

Azərbaycanda bu şəxslərə 12 500 manatadək cərimə tətbiq edilir XƏBƏRDARLIQ

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Müəssisə və təşkilatların fəaliyyəti zamanı yaranan tullantı sular ətraf mühitə, xüsusilə də su və su təsərrüfatı obyektərinəciddi təsir göstərir. Bu səbəbdən də tullantı suların qanunvericiliklə müəyyən olunmuş qaydada düzgün idarə edilməsi, təmizlənməsi və digər məqsədlər üçün istifadə olunması istiqamətində cəmiyyətin maarifləndirilməsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin qarşıya qoyduğu hədəflərindəndir.

SİMDNX-dən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 295 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkələri olmayan ərazilərdə qeyri-yaşayış binalarından onların istismar təyinatı nəzərə alınmaqla axıdılan çirkab sularının yığılacağı tikili və qurğulara dair Tələblər"ə əsasən mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi olmayan ərazilərdə yerləşən qeyri-yaşayış binalarında formalaşan tullantı sular çirkab quyularından istifadə olunmaqla idarə olunmalıdır.

Çirkab quyularının divarları və dibi sukeçirməz olmalı, habelə həmin quyuların inşası kanalizasiya, xarici şəbəkə və qurğulara dair texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.

Sənaye müəssisələri tərəfindən tullantı sularının düzgün idarə olunması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Onların fəaliyyəti nəticəsində yaranan tullantı sularının tərkibində ətraf mühit üçün zərərli olan maddələrin miqdarı daha yüksək olur. Bu məqsədlə çirkab su quyularının (şambolar) istifadə olunması ilə yanaşı müəssisə və təşkilatlar tərəfindən tullantı suları lokal təmizləyici qurğularda təmizləndikdən sonra kənarlaşdırıla bilər. Bu halda tullantı suların kənarlaşdırılacağı yer və tərkibindəki çirkləndirici maddələrin qatılıq həddi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə razılaşdırılmalıdır.

Qeyd olunan tələblərə riayət edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən vəzifəli şəxslər 4000 manatadək, hüquqi şəxslər 12500 manatadək məbləğdə cərimə edilir. Həmçinin müəssisə və təşkilatlar tərəfindən su mənbələrinin əhəmiyyətli dərəcədə çirkləndirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyəti yaradır.

Suların istifadəsi və mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə riayət edilməməsi qlobal iqlim dəyişikliyi və regionumuzda müşahidə olunan su qıtlığı şəraitində daha da təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən də tullantı sularının təmizlənməsi təkcə hüquqi yox, həm də mənəvi öhdəlikdir.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see281

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see223

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see185

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see133

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri