Icma.az
close
up
RU
Mayıl Tağıyev nümunəsi...

Mayıl Tağıyev nümunəsi...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Dünyadan, zəmanədən narazılıq etsək də, həyatımız nə qədər gərgin, haqsızlıqlar içində keçsə də yaşamaq gözəl və şirindir. Yəqin ki, bir yaşında uşaq da, yüz yaşında qoca da belə düşünür. Böyük şairimiz Bəxtiyar Vahabzadə nahaq yerə deməyib ki:
“Səndən doymaq olarmı?
Həyat, sən nə şirinsən?!
Ancaq hamının deyil,
Sən həyatın qədrini
Yalnız bilənlərinsən!..”
Bəli, xoşbəxt o adamlardır ki, əhvalı xoş, canı sağlam, səmərəli ömür sürürlər. Söhbət Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinə iyirmi ildən yuxarı rəhbərlik edən, tibb elmləri namizədi, əməkdar həkim Mayıl Tağıyevdən gedir. Necə deyərlər, onu Sumqayıtda 17-dən 107-yə hamı tanıyır...
Deyir ki:- “Bütün ömrüm boyu pisixiatr həkim işləmişəm. Həmişə çalışmışam ki, insanlara faydam dəysin. Nə dilimdən, nə də əməllərimdən heç kim ziyan görməsin...”
Bəlkə də nə vaxtsa səhvləri olub, amma haçansa günah işlətdiyinə inanmıram. Demirəm ki, müqəddəsdir, Allahın məsum bəndələri srasında onun da adı var, fəqət yaxşı bilirəm ki, saf insandır. Namuslu, qeyrətli kişilərdəndir. Necə deyərlər, hər kəsin qarşısında alnıaçıq, üzüağdır...
Yaxşı yadımdadır, rəhmətlik qardaşının yaşı yetmişə çatsa da övladı olmamışdı. Bir sınıq qəlbi sevindirmək üçün, o vaxt Mayıl həkim ona gözəl bir yubiley tədbiri təşkil edib dostlarını qardaşının başına yığmışdı. Kaş görəydiniz, ucqar dağ kəndində yaşayan həmin qardaşı necə sevinirdi, necə qayğısız görünürdü...
Rəhmətlik Məmməd Aslanla çox mehriban dost idilər. Məmməd Aslan Onun xətrini çox istəyirdi. Şairin pulu-parası hardandı? Mayıl həkim ona həmişə maddi dəstək verər, tez-tez özüylə Yardımlıya aparardı. Dağları gəzərdilər. Rəhmətlik deyərdi ki, mən Yardımlıya gedəndə elə bil doğma Kəlbəcərimi görürəm. Şair həm də həvəskar fotoqraf idi. Füsünkar mənzərələri fotoaparatın yaddaşına köçürməkdən yorulmazdı. Bu gün Mayıl həkimin özəl klinikasında divarlardan Məmməd Aslanın çəkdiyi gözəl təbiət mənzərələri insanların zövqünü oxşayır...
Erkən gəncliyindən Sumqayıtda məskunlaşsa da Mayıl Tağıyev bütün ömrü boyu doğulduğu ata-baba yurduna biganə qalmayıb. Bir vaxtlar rentgen cihazı ilə təhciz olunan xüsusi avtomobil və həkim heyətilə birlikdə dəfələrlə rayona gedib, əhalini təmənnasız olaraq müayinədən keçiriblər...
Dərəbəylik dövründə unun, qəndin qıt vaxtlarında şəxsi nüfuzundan istifadə edərək, bu ərzaqları Rusiyadan gətizdirir, rayon camaatının ölkədəki qıtlıqdan əziyyət çəkməməsinə çalışırdı...
Məgər birdir, ikidir Mayıl həkimin xeyirxahlıqarı? Sadaladıqca bitməz. Kim bilir, bəlkə də Allahla öz arasında o qədər xeyirxah əməlləri gizli qalıb ki...
Dekabrın 5-də Mayıl Tağıyevin 77 yaşı tamam olur. Ona uzun ömür, ağrı-acısız həyat, firəvan günlər arzulayıram...
Çox yaşasın!

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Dekabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1415

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see703

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see552

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see541

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see464

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see455

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see442

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see442

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see406

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see373

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see345

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see305

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see298

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see292

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see286

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see276

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see275

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see251

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see248

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see248
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri