Icma.az
close
up
RU
Azərbaycanda bu təhsil pilləsi LƏĞV EDİLƏ BİLƏR

Azərbaycanda bu təhsil pilləsi LƏĞV EDİLƏ BİLƏR

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi 2026/27-ci tədris ili üçün qəbul planında kolleclərə qəbul üzrə mühüm dəyişiklik edilib. Belə ki, həm 9 illik, həm də 11 illik təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yerləri ayrılmayıb və bu istiqamət üzrə qəbul tam dayandırılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən yayılan məlumata görə, bu ildən etibarən sözügedən ixtisas üzrə qabiliyyət imtahanları da keçirilməyəcək və müvafiq komissiyalar fəaliyyət göstərməyəcək.

Bu qərar təhsil sistemində daha geniş müzakirələrə yol açıb. Xüsusilə pedaqoji ixtisasların kolleclərdən tədricən çıxarılması fonunda belə bir sual aktuallaşır: bu proses kolleclərin bağlanacağı anlamına gəlirmi?

Bakıvaxtı.az xəbər verir ki, təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Pedaqoji ixtisaslardan texnologiya müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dillər müəllimliyi istiqamətləri, o cümlədən fiziki tərbiyə müəllimliyi də bu ildən etibarən ləğv olunub. Yalnız məktəbəqədər təhsil istiqaməti saxlanılır. Düşünürəm ki, növbəti ildə bu ixtisas da ləğv olunmalıdır, yalnız ali təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilməlidir. Ümumiyyətlə, pedaqoji yönümlü ixtisaslar üzrə kadr hazırlığı dünyanın əksər inkişaf etmiş və təhsil göstəriciləri yüksək olan ölkələrində ali təhsil istiqamətində aparılır. Yəni pedaqoji ixtisaslarda ali təhsil demək olar ki, bu günün çağırışları baxımından ən vacib şərtlərdən biridir. Qaldı ki, pedaqoji ixtisasların kolleclərdən çıxarılmasının kolleclərin bağlanmasına səbəb olub-olmayacağı məsələsinə, düşünmürəm ki, kolleclər bağlansın. Çünki kolleclərdə fərqli ixtisas istiqamətləri mövcuddur: iqtisadi, texniki, humanitar, incəsənət və digər sahələr. Həmin istiqamətlər üzrə kolleclərdə kadr hazırlığı davam etdirilir. Amma məsələ ondadır ki, kolleclərdə təhsilin nə dərəcədə effektiv olması sual doğurur. Təbii, ölkəmizdə az sayda kollec var ki, onların təhsili müəyyən mənada qənaətbəxş hesab oluna bilər. Lakin digər kolleclərin bir qismində əsasən formal şəkildə tələbə qəbulu aparılır. Tələbə 2-3 il ərzində müəyyən bilik və bacarıqlar qazansa da, bu, hər zaman yetərli olmur. Məsələn, bəzi peşə təhsili müəssisələri var ki, orada aparılan hazırlıq kolleclərdən daha üstün və daha keyfiyyətlidir. Bu baxımdan abituriyentlər ixtisas seçimi edərkən dövrün tələblərinə uyğun sahələrə üstünlük verməlidirlər. Məsələn, tibb yönümlü kolleclərdə və ya maliyyə-iqtisad kollecində təhsil ala bilər. Peşə təhsili almaq bəzən kollecdə oxumaqdan daha səmərəli olur. Düzdür, son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən kolleclərdə müəyyən islahatlara başlanılıb. Lakin qarşıdakı dövrdə vahid və şəffaf müəllim işə qəbulu sistemi tətbiq olunmasa, yüksək ixtisaslı kadrlar bu sahəyə cəlb edilməsə, idarəetmə səviyyəsi gücləndirilməsə, infrastruktur yaxşılaşdırılmasa, o zaman kolleclərin bağlanması real təhlükəyə çevrilə bilər. Əksinə, əgər yaxın 2-3 il ərzində bu islahatlar həyata keçirilsə, kolleclər fəaliyyətini davam etdirə bilər”.

Ekspertə görə, elə kolleclər də var ki, onların fəaliyyətinin dayandırılması artıq günün tələbidir:

“Düşünürəm ki, həmin kolleclərin bazasında peşə təhsili müəssisələri yaradılması daha məqsədəuyğundur. Bu, xüsusilə paytaxtda fəaliyyət göstərən bəzi kolleclərə, eləcə də regionlarda tələbatı az olan ixtisaslara aiddir. Məsələn, kənd təsərrüfatının müəyyən sahələri ilə bağlı ixtisaslar üzrə kadr hazırlığı daha çox ali təhsil səviyyəsində aparılsa, daha məqsədəuyğun olar. Bu kimi ixtisasların əvəzinə ya yeni, əmək bazarına uyğun ixtisaslar yaradılmalı, ya da həmin kolleclər peşə təhsili sisteminə inteqrasiya olunmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 May 2026 00:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri