Icma.az
close
up
RU
Azərbaycanda ehsan ləğv edilə bilər Gözlənilən qərar…

Azərbaycanda ehsan ləğv edilə bilər Gözlənilən qərar…

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Sabirabad və Saatlı rayonlarında yas mərasimlərində ehsan verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Son aylarda ölkənin bir neçə rayonunda da oxşar çağırışlar gündəmə gəlib. Bu tövsiyələr cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, artıq müəyyən sosial çevrələrdə dəstək qazanır. 

Rayonlarda ehsan verilməməsi ilə bağlı tövsiyələr ölkə üzrə vahid və rəsmi qərara çevrilə bilərmi?

Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, təmtəraqlı yas mərasimlərinin və ehsan adı ilə təşkil olunan qonaqlıqların ləğv edilməsi məqsədilə maarifləndirmə, təbliğat işləri aparılır:

“Dinimizdə yas məclisi anlayışı yoxdur və israfçılıq açıq şəkildə günah sayılır. İslama görə, insanların vəfatından sonra sadə və təvazökar mərasimlər keçirilməli, bu zaman yalnız yaxınların dəstəyi və dua ilə yetinilməlidir. Məclislərdə lüksə qaçmaq, əslində dinin təlimlərinə ziddir. Çünki məqsəd mərhumun ailəsinə yardım etmək və mənəvi dəstək göstərməkdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə müvafiq tədbirlər görür və bunun effekti görünür. Bir çox rayonlarda artıq dəyişikliklər hiss olunur. Bu cür işlər, adətən rəsmi qərarlardan əvvəl təbliğat və maarifləndirmə yolu ilə həyata keçirilir. Əgər tövsiyələr nəticə verməsə və ya süni maneələr yaransa, əlbəttə, rəsmi qərar mümkündür. Çünki adını “adət” qoyub əhalinin bu səbəbdən kreditə müraciət etməsi və maddi çətinliklərlə üzləşməsi müasir dövr üçün arzuolunmaz haldır. Bu, həm də sosial bərabərsizlik və stress yaradan bir amilə çevrilir”.

İlahiyyatçı bildirib ki, müvafiq icra orqanları bu məsələyə ciddi yanaşmalı və lazımi tədbirləri görməlidir:

“Eyni zamanda, din xadimləri dəfn mərasimlərində təbliğat aparmalı və insanlara dinimizin bu məsələyə yanaşmasını izah etməlidirlər. İslam qaydalarına əsasən, insan vəfat etdikdə cəsədi qüsl verilib kəfənlənir və namazı qılındıqdan sonra torpağa tapşırılır. Bu mərasimlərdən sonra qohumlar və yaxınlar toplaşıb dua edir, ardınca isə çıxıb gedirlər. Peyğəmbər dövründə heç bir nümunə yoxdur ki, səhabələr və ya Peyğəmbərin yaxınları dəfn mərasiminin ardınca toplaşıb ehsan yesinlər. Bu, dinin təhrif olunmasının nəticəsidir. Qonaqlara su, çay, kofe və xurma kimi yüngül tərkibli nemətlər təqdim oluna bilər. Lakin təmtəraqlı yemək süfrələri və xörəklər hazırlamaq doğru deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see687

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see536

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see299

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see276

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see268

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see265

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see261

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see257

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see252

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see216

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see192

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see186

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see184

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see184

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri