Icma.az
close
up
RU
Azərbaycanda bunu edənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda bunu edənlər 300 manat CƏRİMƏLƏNƏCƏK

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan şəhərlərində və rayonlarında küçələrin zibillənməsi uzun illərdir, mövcud olan ekoloji və sosial problemlərdən biridir. Xüsusilə böyük şəhərlərlə bağlı olan bu məsələ ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Mərkəzi küçələrdə, parklarda, məhəllələrdə hər addımbaşı zibil qablarının olmasına baxmayaraq, insanlar hələ də zibilləri yerə atırlar.

Sfera.az bildirir ki, küçələrin zibillənməsinin bir neçə əsas səbəbi var. 

Belə ki, bəzi vətəndaşlar məişət tullantılarını düzgün şəkildə atmağa məsuliyyətli yanaşmır. Xüsusilə piyadaların sıx olduğu ərazilərdə kifayət qədər zibil qutularının olmaması və ya vaxtında boşaldılmaması tullantıların ətrafa atılmasına səbəb olur.

Həmçinin əvvəlki cərimə sisteminin təsirli olmaması və qanunvericiliyin icrasında problemlər insanların məsuliyyətsiz davranışlarına yol açıb.

Bu problemin həlli üçün Azərbaycan hökuməti küçələri zibilləyən şəxslərə qarşı cərimələri sərtləşdirmək qərarına gəlib.

Belə ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə artırılıb.

Bu barədə bizə açıqlamasında vəkil Turan Abdullazadə bildirib ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə öz əksini tapıb:

“Qanuna əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əvvəl əlli manat məbləğində olan cərimə artıq 300 manata qaldırılıb. Belə ki, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə ediləcək. Nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir”.

Bu problemlərin qarşısının alınması üçün dövlət qurumları da bir sıra işlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli Sfera.az-ın sorğusuna cavab olaraq bildirib ki, paytaxtda, respublikanın digər şəhər və rayonlarında ətraf mühitin çirkləndirilməsi, məişət və istehsalat tullantılarının zibil qutularından kənar yerlərə atılması nəticəsində antisanitar vəziyyətin yaranması ilə əlaqədar polis əməkdaşları digər aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər həyata keçirir. 

“Antisanitar vəziyyət aşkarlandığı ərazilərdə mənfi hallara yol verən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati tənbeh tədbiri tətbiq edilir. Həmçinin vətəndaşlarla ətraf mühitin çirkləndirilməsinin məsuliyyət yaratması barədə maarifləndirici söhbətlər aparılır, küçə və prospektlərdə məişət tullantılarının tutumlara (urnalara) atılmasına təşviq olunur.Bir daha vətəndaşlara sanitar-gigiyena qaydalarına riayət etməyi, məişət və istehsalat tullantılarını zibil qutularından kənar yerlərə atmamağı tövsiyə edirik”, - məlumatda qeyd olunub.

Bu qaydalar küçələrin təmizliyini təmin etmək, ekoloji tarazlığı qorumaq və vətəndaş məsuliyyətini artırmaq məqsədilə tətbiq edilir. Nəticələrinin necə olacağı maraqla gözlənilir. Azərbaycan şəhərlərinin təmiz saxlanılması üçün həm dövlətin, həm də vətəndaşların üzərinə böyük məsuliyyət düşür. Yeni cərimə sistemi bu istiqamətdə mühüm addım olsa da, uzunmüddətli həll üçün ictimai şüurun formalaşması əsas rol oynayacaq.


Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://sfera.az
archiveBu xəbər 11 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri