Fazil Mustafa: QHT lər bürokratik problemlərlə üzləşməməlidir
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı məsələlərin həllində hər hansı bürokratik problemlərin yaranmayacağına ümid edirik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, qanun layihəsi birinci və ikinci oxunuşlarda ətraflı müzakirə olunub, üçüncü oxunuşla bağlı keçirilən komitə iclasında isə əsasən bir məsələ üzrə təklif irəli sürülüb.
Deputatın sözlərinə görə, millət vəkilləri bir aylıq qeydiyyat müddətinin qısa olduğunu nəzərə alaraq onun uzadılmasını təklif ediblər.
F.Mustafa bu məsələdə “Media haqqında” qanunda nəzərdə tutulan 30 günlük müddətin də analogiya kimi götürüldüyünü bildirib.
O vurğulayıb ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan prosedurlar və düzəlişlər həyata keçirildikdən sonra QHT-lərin fəaliyyəti ilə bağlı məsələlər qanunvericilikdə müəyyən edilən müddətdən də əvvəl həllini tapa bilər.
Deputat bu prosesdə qeyri-hökumət təşkilatlarının və millət vəkillərinin bürokratik problemlərlə üzləşməyəcəyinə ümid etdiyini bildirib.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















