Icma.az
close
up
RU
525ci qəzet Baydenin oğlunu əfvi səlahiyyətlərindən suiistifadədir Deputat

525ci qəzet Baydenin oğlunu əfvi səlahiyyətlərindən suiistifadədir Deputat

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Təəssüf ki, demokratiyadan, insan hüquqlarından, qanunun aliliyindən dəm vuran Bayden hakimiyyəti, xüsusilə də Baydenin özü cinayət törətmiş şəxsin, konkret desək, oğlunun əfv edilməsi ilə yenidən gündəmə gəldi. Bu əfv ədalətli deyil. Bayden hakimiyyəti təhvil verməyə hazırlaşır və hakimiyyət dəyişikliyindən sonra bu araşdırma davam etdirilməlidir, inanıram ki, ABŞ-da həqiqətən də ədalət varsa, onlar bu qərarı yenidən araşdıracaqlar.

Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat hesab edir ki, bu əfv böyük ehtimalla ləğv edilə və yaxud yeni faktlar əsasında yenidən Baydenin oğlu məhkəmə qarşısında cavab verə bilər: “Ancaq istənilən halda Baydenin səlahiyyətlərindən sui-istifadə etməsi və hüququn aliliyinin pozulması düşünürəm ki, onu deməyə imkan verir ki, məhz Bayden hakimiyyəti bir çox məsələlərdə ikili standartlardan çıxış edir. Onlar şəxsi maraqlarını yeri gəldikdə dövlət marağından, xalqların hüquqlarından üstün tutaraq, öz istəklərini reallaşdırmaq üçün istifadə edirlər. Xüsusilə də Baydenin həyata keçirdiyi bu əfv hələ uzun illər Bayden hökumətinin ən uğursuz addımlarından biri kimi  xatırlanacaq”.

N.Həmzəyevə görə, ən maraqlısı odur ki, Bayden hökuməti və bu hökumətdə təmsil olunan şəxslər bəzi dövlətlərə demokratiya dərsi keçməyə cəhdlər edirdilər, təhdid dili ilə danışırdılar, təəssüf ki, çox vaxt onlar haqq-ədaləti unudaraq konkret şəkildə diqtə ilə öz istəklərini reallaşdırmaq istəyirdilər: “Bir daha göründü ki, onların ədalət prinsipi nəyə əsaslanır. Sözdə dedikləri demokratiya, insan haqları nədən ibarətdir. Baydenin atdığı bu addımı qanunun aliliyinin pozulması və səlahiyyətlərindən sui-istifadə kimi dəyərləndirirəm. Düşünürəm ki, Bayden hakimiyyəti tam təhvil verildikdən sonra bu qərar mütləq yenidən araşdırılacaq və oğlunun törətdiyi bir çox cinayətlər, xüsusilə də vergidən yayınma faktları araşdırılacaqdır. Əgər həqiqətən də onun törətdiyi bu cinayətlər sübut olunarsa, yenidən məhkəmə qarşısında cavab vermək məcburiyyətində qalacaqdır”.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin bir neçə gün əvvəl oğlu Hanteri əfv etmək qərarı həm ölkə daxilində, həm dünyada ciddi tənqidlərə səbəb olub. Hanter Bayden qanunsuz silah saxlanmasına və vergidən yayınma hallarına görə cinayət işləri üzrə əfv edilib. Birinci iş üzrə hökmün çıxarılması dekabrın 12-də, ikinci iş üzrə isə dekabrın 16-da gözlənilirdi.
Ümumilikdə prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı isə dekabrın 16-na nəzərdə tutulmuşdur.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri