Azərbaycanda DƏHŞƏT: 2 kişi öldürüldü
Icma.az, Dogru.az portalına istinadən məlumat yayır.
İki şəxsin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Sfera.az bildirir ki, bu barədə Ağcabədi rayon prokurorluğundan məlumat verilib.
Məlumata görə, aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 30 yaşlı Şaiq Mamedov və 37 yaşlı Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 22 yaşlı Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam etdirilir.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 28 Aprel 2026 04:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















