Icma.az
close
up
RU
Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Azərbaycanda dini baş örtükləri LƏĞV OLUNUR: Bu milli örtük təklif edildi

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda rəsmi məkanlarda dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşıb və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu yanaşma xüsusilə orta məktəbləri, ali təhsil müəssisələrini və dövlət qurumlarını əhatə edəcək. Yeni qaydalara əsasən, dini simvol xarakteri daşıyan baş örtüklərinin ictimai məkanlarda istifadəsinin məhdudlaşdırılması, əvəzində isə Azərbaycanın milli örtüyü olan kələğayının təşviq edilməsi nəzərdə tutulur.

Bu qərarın arxasında dayanan əsas məqsədin milli birlik və vahid ictimai mühitin qorunması olduğu bildirilir. Qeyd olunur ki, müxtəlif məzhəbi və sektorial simvollar cəmiyyət daxilində fərqlənməni artırdığı halda, kələğayı ümummilli identiklik və ortaq mədəni dəyər kimi qəbul edilir.

Tarixi baxımdan Kəlağayı Azərbaycan qadınının kimliyinin ayrılmaz hissəsidir və UNESCO tərəfindən qeyri-maddi mədəni irs kimi tanınıb. Kələğayı yalnız geyim elementi deyil, həm də sülh, hörmət və birlik rəmzi kimi qəbul olunur.

Milli azadlıq hərəkatı dövründə və Qarabağ hadisələrinin ilk mərhələlərində kələğayının simvolik rolu xüsusilə diqqət çəkir. Azərbaycan bayrağının açıq şəkildə qaldırılmasının çətin olduğu, hətta olmadığı məqamlarda, kələğayı 1988-ci ildə bir neçə dəfə bayraq əvəzi kimi istifadə olunub, istiqlal ideyasının rəmzinə çevrilib.

Eyni zamanda, Qarabağ münaqişəsinin gərgin dövrlərində kələğayı birbaşa sülh simvolu kimi də çıxış edib. Ağdam rayonunda yerləşən Lenin adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasova qarşıdurmanın qarşısını almaq üçün kələğayını ortaya ataraq kütləni sakitləşdirmiş, bununla da daha böyük toqquşmanın qarşısını almağa nail olmuşdu. Bu hadisə kələğayının Azərbaycan cəmiyyətində yalnız mədəni deyil, həm də ictimai-siyasi gücə malik simvol olduğunu bir daha göstərir.

Yeni yanaşmaya əsasən, inanclı qadınların baş örtüyü ehtiyacı nəzərə alınmaqla, dini baş örtükləri əvəzinə milli örtük - kələğayıdan istifadə təşviq olunacaq. Bununla bağlı maarifləndirmə, tədris və tətbiq mexanizmlərinin də hazırlanacağı bildirilir.

Beləliklə, Azərbaycanda baş örtüyü məsələsində yeni mərhələnin başlanacağı gözlənilir və bu yanaşma milli-mədəni dəyərlərin ön plana çıxarılması ilə izah olunur. /Musavat.com

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Aprel 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri