Icma.az
close
up
RU
Azərbaycanda distant təhsil QANUNİLƏŞİR

Azərbaycanda distant təhsil QANUNİLƏŞİR

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Azərbaycanın ev sahibliyi etdiyi möhtəbər tədbir öz növbəsində ölkəmizin təkcə ekoloji sahəsinə deyil, eləcə də təhsil sahəsinə də öz müsbət təsirini verəcək.
Konfransla bağlı Bakı və Abşeronda yerləşən ümumi və ali təhsil müəssisələri distant təhsil formasına keçid edib. Qeyd edək ki, Azərbaycanda distant təhsil təcrübəsi koronavirus pandemiyası zamanı da yaşanıb. COP29 zamanı bu təcrübənin tətbiqi onun yaxın gələcəkdə qanuniləşməsinə işarədir.
Bizim.Media AzEdu.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İskəndərovun sözlərinə görə, COP29 təkcə ekoloji fəlakətlərin qarşısının alınması üçün həyata keçirilən tədbir deyil:
 

“Bu tədbir Azərbaycanın gücünü dünyaya göstərmiş oldu. COP29 BMT-nin həyata keçirdiyi İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransıdır. Amma bu tədbirə ev sahibliyi etmək, 172 mindən artıq qonağı, eyni zamanda dünyanın 100-dən artıq dövlət başçısını qəbul etmək və bu cür böyük bir konfransın 2 həftə davam etməsi birmənalı olaraq qalib Azərbaycanın gücünü ortaya qoyur.


Hesab edirəm ki, torpaqlarını azad etmək üçün Azərbaycan hansı gücün sahibidirsə, 10 minlərlə insanı yüksək səviyyədə qəbul etmək də bizim üçün heç də çətin olmayacaq. Həmçinin, dünyada baş verən problemlərin Azərbaycanda müzakirə olunması və bütün ölkənin bu prosesə cəlb olunması bir daha onu göstərdi ki, Azərbaycan ərazi baxımdan kiçik ola bilər, amma dünya problemlərinin həlli baxımdan öncül dövlətlərdən biridir”.
A.İsgəndərov bildirib ki, Azərbaycan distant təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır:
““Ali təhsil haqqında” qanun qəbul edildikdə distant təhsillə bağlı bütün suallara cavab tapmaq mümkün olacaq. Artıq “Ali təhsil haqqında” qanunun qəbulu yekunlaşmaq üzrədir. Qanun qəbul edildikdən sonra tələbələrin, şagirdlərin, eləcə də müəllimlərin distant təhsillə bağlı heç bir çətinliyi qalmayacaq.
 

Məlumdur ki, dünyada qəbul olunan təhsil formlardan biri distant təhsil formasıdır.


Azərbaycanda bu təhsil formasından rahat şəkildə istifadə etməyi bacarır. Biz bunu 2020-ci ildə şahidi olduq. Çünki COVİD19 pandemiyasının bütün dünyada tuğyan etdiyi zamanda biz istəsək də, istəməsək də distant təhsil formasına müraciət etdik.
Deməli bu təhsil formasından Azərbaycanda rahat şəkildə istifadə edilə bilir. İstifadə edə biliriksə, distant təhsil formasının qanun çərçivəsində olması da gözlənilir”, - deyə komitə sədri fikrini yekunlaşdırıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri