Icma.az
close
up
RU
Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Avronun qlobal valyuta ehtiyatlarındakı payı 2026-cı ilin II rübünün yekunlarına əsasən son 12 ilin ən yüksək səviyyəsinə çatıb.
Beynəlxalq Valyuta Fondunun (BVF) rəsmi valyuta ehtiyatlarının strukturu üzrə rüblük məlumatlarına (COFER) görə, avronun dünya üzrə valyuta ehtiyatlarındakı payı əvvəlki rüblə müqayisədə 0,56 faiz bəndi artaraq 20,04 faizdən 20,6 faizə yüksəlib.
Bu, 2014-cü ilin III rübündən, həmin vaxt göstərici 20,7 faiz təşkil edib, bəri avronun qlobal valyuta ehtiyatlarındakı ən yüksək payıdır.
BVF bildirib ki, hesabatda nəzərə alınan valyutalar arasında avro həm ehtiyatlarda saxlanılan vəsaitlərin həcmi, həm də pay baxımından ən böyük artımı nümayiş etdirib.
Fond bu yüksəlişin əsasən fəal alışlarla bağlı olduğunu qeyd edib.
Avronun qlobal tələbatını əks etdirən əsas bazar göstəricilərindən biri olan EUR/USD məzənnəsi isə məlumatın yayımlandığı vaxt 1,1361 dollar səviyyəsində olub və gün ərzində 0,17 faiz artıb. Bu göstərici son 52 həftənin maksimumu olan 1,2079 dollardan təxminən 6 faiz aşağıdır.
2026-cı ilin II rübündə digər əsas ehtiyat valyutaları üzrə dinamika fərqli olub:
ABŞ dolları: 57,18 faizdən 56,7 faizə düşüb;
Funt sterlinq: 4,41 faizdən 4,57 faizə yüksəlib;
Avstraliya dolları: 2,11 faizdən 2,25 faizə yüksəlib;
İsveçrə frankı: 0,24 faizdən 0,27 faizə yüksəlib;
Yapon yeni: 5,43 faizdən 4,96 faizə düşüb;
Kanada dolları: 2,48 faizdən 2,47 faizə enib;
Digər valyutalar: 6,12 faizdən 6,06 faizə düşüb.
Bu gedişlə dolları hansı aqibət gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, 2014-cü ilin may ayından başlayaraq dollar mərhələli şəkildə dəyər itirməyə başladı:
“Təsəvvür edin ki, o zaman 1 avro 1,37-1,40 dollar arasında ticarət edilirdi. Sonradan tədricən dollar öz dəyərini geri qazandı. 2023-cü ildə artıq dollar avro qarşısında kifayət qədər güclü idi. Son zamanlar dollar cüzi də olsa avro qarşısında dəyər itirib. Bu da dünya ölkələrinin valyuta ehtiyatlarında avronun payını bir qədər artırıb.
Hazırda valyuta ehtiyatlarında ABŞ dollarının payı 57,18 faizdən 56,7 faizə düşüb. Çox cüzi bir eniş var. Bununla belə dollar valyuta ehtiyatlarında öz çəkisini saxlayır. Üstəlik, valyuta ehtiyatlarında dolların payı avroya nisbətən 2,5 dəfə çoxdur. Ona görə də dolları dünya bazarında heç bir təhdid gözləmir.
Nəzərə alaq ki, FED-in son qərarları ilə dollar qlobal bazarda dəyər qazanmaqda davam edir. Bu mənada avro və digər valyutalar ehtiyat fondlarda dollara rəqib ola bilməz. Hazırkı məqamda ehtiyat fondların yaradılmasında dollara rəqib kimi qızıl görünür. Amma qızılın da dəyəri dollarla müəyyən edilir. Ona görə də yaxın perspektivdə dollara rəqib görünmür”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Oktyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri