Icma.az
close
up
RU
Azərbaycanda donuzlar azalıb Ən çox hansı rayonlarda saxlanılır...

Azərbaycanda donuzlar azalıb Ən çox hansı rayonlarda saxlanılır...

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heyvandarlığın ən marginal sahələrindən sayılan donuzçuluq Azərbaycanda ildən-ilə zəifləyir. Statistik məlumatlar göstərir ki, bu sahə ölkə üzrə bir neçə rayonla məhdudlaşır. Bəzi bölgələrdə isə tamamilə yoxa çıxıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən,  2025-ci ilin ilk 9 ayında ölkə üzrə donuzların sayı 3167 baş olub. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 712 baş az deməkdir. Bir il ərzində ölkə üzrə donuzların sayı təxminən 18,4 faiz azalıb.

Donuzların ən çox olduğu bölgələr

Donuzların çoxluq təşkil etdiyi bölgələr içərisində Şəki–Zaqatala iqtisadi rayonu liderdir. Bu iqtisadi rayonda ümumilikdə  2423 baş donuz var. Bu iqtisadi rayon ölkə üzrə donuzların təxminən 76,5 faizinə sahibdir. Yəni Azərbaycanda olan hər dörd donuzdan üçü məhz bu bölgədədir.

Şəki-Zaqatala iqtisadi rayonununa daxil olan bölgələr içərisində ən çox donuz Qax rayonun payına düşür. Belə ki, burada 1684 donuz var. Bu rəqəm Qəbələdə 740, Oğuzda isə 65-dir. Balakən, Şəki və Zaqatalada isə bu göstəricilər sıfıra bərabərdir.Ümumilikdə götürdükdə bu bölgədə donuzların sayı 2024-cü ilin eyni rübü ilə müqayisədə 3,4 faiz azalıb.

Ən çox azalma isə Paytaxtın payına düşür. Bakıda bu il 413 baş donuz Statistika Komitəsi tərəfindən qeydiyyata alınıb. Eyni rəqəm 2024-cü ildə 680 idi. Bu da onu göstərir ki, Bakıda donuzların sayı 39,3 faiz azalıb.

Donuzçuluğun artım müşahidə olunduğu iqtisadi rayonlar Şərqi Zəngəzur və Dağlıq Şirvandır.

Şərqi Zəngəzurda donuzların sayı 96 faiz artıb. Belə ki, ötən il həmin bölgədə donuzların sayı 50 idisə, hazırda bu rəqəm 98-dir. Qeyd edək ki, bu iqtisadi rayonda bütün donuzlar Kəlbəcər rayonun payına düşür.

Dağlıq Şirvanda isə hazırda 222 donuz olduğu bildirilir, bu rəqəm ötən ilin eyni dövründə 204 idi. İqtisadi rayona daxil olan Ağsu, İsmayıllı, Qobustan və Şamaxıda bütün donuzların saxlanıldığı bölgə İsmayıllıdır.

Rayonlar üzrə kəskin fərqlər:

Rayon səviyyəsində ən yüksək göstərici yenə Qax rayonuna məxsusdur. Qaxda 1661, Qəbələdə  670, Bakıda isə 413 baş donuz var. Bu üç inzibati vahid birlikdə ölkə üzrə donuzların təxminən 86 faizini təşkil edir.

Ən az donuz olan bölgələr:

2025-ci ilin yanvar–sentyabrında donuzların sayının ən aşağı olduğu ərazilər bunlardır:

Gəncə şəhəri – 2024-də 29 baş olduğu halda, 2025-ci ildə ölkənin ən böyük üçüncü şəhərində donuzlar “yoxa çıxıb”. Gəncə-Daşkəsən iqtisadi rayonuna daxil olan digər bölgələrdə isə sadəcə Goranboy rayonunda donuzçuluq sahəsi ilə məşğul olurlar. Bu ərazidə ötən il 40, bu il isə 41 baş donuz olub.

Şabran rayonunda donuzların sayı ötən illə eynidir. Belə ki, 2024-cü və 2025-ci illərdə bu bölgədə 7 baş donuz qeydə alınıb. Şabran rayonun daxil olduğu Quba-Xaçmaz iqtisadi rayonunda Siyəzən rayonu üzrə donuzların sayı bu il 22, ötən il isə 25 olub. Bu iqtisadi rayona daxil digər bölgələrdə isə donuz yoxdur.

Abşeron - Xızı iqtisadi rayonunda isə donuzların sayı ötən il 20 olduğu halda, bu il azalaraq 18-ə düşüb. Bu iqtisadi rayona daxil olan Sumqayıt, Abşeron və Xızı üzrə aparılan müşahidələr göstərir ki, donuzçuluq təsərrüfatları yalnız Xızı rayonunda mövcuddur, digər ərazilərdə isə bu fəaliyyət növü qeydə alınmayıb.

Qazax-Tovuz iqtisadi rayonunda da donuzların sayında azalma müşahidə olunur. 2025-ci ilin son rəqəmlərinə əsasən bu bölgədə 74 baş, 2025-cü ildə isə 85 baş donuz olub. Donuzların hər biri iqtisadi rayona daxil olan Gədəbəy ərazisində saxlanılır.

Naxçıvan Muxtar Respublikası:

Naxçıvanda 2024-cü ilin 9 ayında 250 baş, 2025-ci ildə isə heç bir donuz qeydə alınmayıb.

Qeyd edək ki, ötən il Naxçıvanda Komitə tərəfindən statistikaya salınan bütün donuzlar Babək rayonunun payına düşüb.

Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan, ,Şirvan-Salyan və Qarabağ iqtisadi rayonlarında da donuzçuluq sahəsi faktiki olaraq mövcud deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:251
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Dekabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri