Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumların məqsədi açıqlanıb
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son günlər Azərbaycanda dövlət qurumlarını hədəf alan kiberhücumlar informasiya sistemlərinin dayandırılması, insanlara hər hansısa xidmətlərin əlçatanlığının qarşısının alınması məqsədi daşıyır.
525.az xəbər ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) İdarə rəisi Nadir Novruzov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, son hücumlar ilk növbədə bunların vaxtında aşkar olunması və yarada biləcəyi fəsadların minimallaşdırılması kimi çağırışlar yaradır: "Yəni hazırda mövzu kibertəhlükəsizlik yox, kiberdayanıqlıqdır: hər hansısa bir hadisə olduqda minimal zərər olsun və qısa zamanda qarşısı alınıb sistemlər bərpa olunsun. Dövlət qurumlarına kiberhücumları biz mütəmadi olaraq müşahidə edirik və bu, fasiləsiz olaraq tərəfimizdən izlənilən bir haldır. Amma son dövrlər, xüsusən də son bir həftə ərzində dövlət qurumlarına, onların informasiya ehtiyatlarına və informasiya sistemlərinə qarşı genişmiqyaslı kiberhücumların həyata keçirildiyini müşahidə edirik".
N.Novruzov qeyd edib ki, bu hücumların konkerrt olaraq hansı ölkələrdən həyata keçirildiyini demək bir az çətindir: "Bunun səbəbi odur ki, DDoS hücumları, xüsusən də böyük həcmli DDoS hücumları həyata keçirilərkən botnet şəbəkələrdən istifadə olunur. Botnet şəbəkələr isə dünyanın müxtəlif yerlərində yoluxdurulmuş cihazlardır. Ona görə də biz DDoS hücumlarını dünyanın müxtəlif nöqtələrindən müşahidə edirik və konkret olaraq hər hansısa bir ölkənin hücum etdiyini demək çətindir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















