Icma.az
close
up
RU
Azərbaycanda əhalinin təbii artımı ən aşağı səviyyəyə çatıb: Doğulanların sayı 72 il əvvəl bu qədər az olmuşdu

Azərbaycanda əhalinin təbii artımı ən aşağı səviyyəyə çatıb: Doğulanların sayı 72 il əvvəl bu qədər az olmuşdu

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda əhalinin sayı bir neçə il əvvəl 10 milyon nəfəri keçib. Belə təəssürat yarana bilər ki, zamanla milyonlar bir-birini əvəz edəcək. Amma BMT-nin proqnozları əsrin sonuna qədər bizdə əhalinin heç vaxt 11,2 milyon nəfəri keçməyəcəyini, sonradan azalacağını göstərir. Əhalinin təbii artım statistikası həmin proqnozlara haqq qazandırır. Necə deyərlər, artmağı dayandırmışıq. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlər pandemiya dövrünü saymasaq, son 75 ildə bu qədər aşağı göstəricinin qeydə alınmadığını deyir.

Bizimyol.info xəbər verir ki, 2024-cü ildə Azərbaycanda əhalinin təbii artımı 43 min 401 nəfər olub. Təkcə son bir il ərzində təxminən 11 min nəfər azalma qeydə alınıb. 2023-cü ildə də əvvəlki illə müqayisədə 10 min nəfərə yaxın azalma rəsmiləşmişdi.

Pandemiya dövründəki statistikanı anlamaq olur. Toyların qadağan edilməsi nikahların yolunu böyük mənada kəsmişdi. İnsanlar ağır günlərin başa çatmağını gözləyirdi. Azərbaycanda vətəndaş nikahları və nikahdankənar doğumlar populyar olmadığından, rəsmi evliliklərin azalması təbii artımda da özünü göstərirdi. Üstəlik, ölümlərin sayının artması ümumi statistikada fərqli mənzərə yaratmışdı.

Təbii artımın indiki vəziyyəti həm də doğumların sayının kəskin azalmasına görədir.

Azərbaycanda doğum sayının bu qədər az olması axırıncı dəfə 1953-cü ildə qeydə alınıb. 2024-cü ildə ölkədə 102 min 310 körpənin doğumu rəsmiləşib. 1953-cü ildə say 102 minə çatmamışdı. 1952-ci ildə say 106 mini keçmişdi. Əvvəlki illərdə isə rəqəmin 100 minə çatması da gözə dəymir.

İndiki statistikanı sosial-iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqələndirməyimiz sizə qəribə görünməsin. Ölkədə evlənmək getdikcə daha böyük problem kimi görünür. Paytaxtda bir sıra şadlıq sarayı mərasim evi kimi fəaliyyət göstərmək qərarı verib. Çox güman, gələn il daha bədbin fikirlər yazmaq məcburiyyətində qalacağıq. Ona görə də indidən hərəkətə keçmək, ortaya konkret proqram qoymaq lazımdır.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see207

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see176

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri