Icma.az
close
up
RU
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları İstehlakçılar necə aldadılır?

Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları İstehlakçılar necə aldadılır?

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda elektronika mağazalarının istehlakçıya qarşı tətbiq etdiyi fırıldaqlar illərdir davam edir və bu hallar son zamanlar daha da geniş vüsət alıb.

Əsas problemlər bunlardır:

1)Alınan məhsulun xarab çıxması

2)İşlənmiş və ya təmir olunmuş məhsulların yeni adı ilə satılması

3)Kredit şərtləri ilə bağlı aldatmalar

4)Zəmanət məsələlərində istehlakçının aldadılması

Bu hallar Baku Electronics, İrşad Electronics, Soliton, World Telecom, Myshops və digər iri mağazalar şəbəkəsində demək olar ki, sistematik hal alıb.

“Zəmanət növləri və fırıldaqlar”

Azərbaycanda bu sahədə əsas problem rəsmi zəmanət öhdəliyinin olmamasıdır. Dünyanın əksər ölkələrində elektronika mağazaları yalnız istehsalçının verdiyi rəsmi zəmanətlə məhsul sata bilər. Bizdə isə bu tələbat yoxdur və nəticədə istehlakçıya müxtəlif zəmanət adları ilə aşağıdakı aldatmalar təqdim olunur:

1)Rəsmi zəmanət

İstehsalçı (məsələn, LG, Samsung) tərəfindən verilir. Brend özü məhsuluna zəmanət verir və problem olduqda ya təmir edir, ya da yenisi ilə əvəzləyir. Belə məhsullarda texniki problem ehtimalı aşağıdır, çünki brend nüfuzunu qorumağa çalışır.

2)Mağaza zəmanəti

Məhsulu satan elektronika mağazası verir. Problem çıxdıqda məsuliyyəti mağaza daşıyır, lakin adətən, məsuliyyətdən yayınırlar. Əksər hallarda məhsul təmir olunur, amma dəyişdirilmir.

3)Servis zəmanəti

Hər hansı servis mərkəzi tərəfindən verilir. Zəmanət keyfiyyəti və məsuliyyəti çox aşağı olur. Qızıl, gümüş, bürünc zəmanətlər – Aldatma taktikası. Bu “əlavə zəmanətlər” elektronika mağazalarının istehlakçını əlavə pul ödəməyə vadar etmək üçün yaratdığı süni xidmətlərdir. Həqiqətdə bu zəmanətlərin müştəriyə real faydası olmur – məhsul yenisi ilə dəyişdirilmir və ya qaytarılmır.

4)İşlənmiş Məhsulların Yeni Kimi Satılması

Elektronika mağazalarında tez-tez rast gəlinən fırıldaqlardan biri də, vitrində sərgilənmiş və ya təmir edilmiş məhsulların yeni adı ilə satılmasıdır.

Müştəridən qaytarılmış məhsullar təmizlənir, format olunur və qutusuna qoyularaq yenisi kimi təqdim olunur.

Bəzən bu cür məhsullar anbar məhsulu adı ilə alıcıya verilir.

Xüsusi olaraq mobil telefon və xırda məişət texnikası alarkən, qutunun mütləq bağlı olduğuna diqqət yetirin.

Məhsulun gözünüzün qabağında açılması və işləməsinin yoxlanması vacibdir.

“Satış məsləhətçiləri və bonus sistemi”

Azərbaycanda satış məsləhətçiləri bonus sistemi ilə işlədiklərinə görə, hansı brend onlara daha çox bonus verirsə, o məhsulu tərifləyir və satmağa çalışırlar. Bu səbəbdən satış məsləhətçilərinin “məsləhətləri” əksər hallarda aldatma məqsədi daşıyır.

“Özəl markalar və Çində yığılmış məhsullar”

Elektronika şirkətləri Çində ucuz yığılan məhsullara öz markalarını qoyaraq satırlar. Məsələn, Soliton – Riffel. Belə brendlər dünyada tanınmır və istehsalçı zəmanəti yoxdur. Keyfiyyət zəif, servis dəstəyi isə çox bərbad olur.

“Rəsmi qurumların passivliyi”

Azərbaycanda bu sahədə ciddi qanun boşluqları və nəzarətsizlik mövcuddur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu sahədə qeyri-effektiv fəaliyyət göstərir. Məsələn, qurum hazırda İrşad Electronics ilə uzun müddətdir məhkəmə çəkişməsindədir.

Bəs belə olduqda nələr etməli?

İstehlakçı olaraq hüquqlarınızı qorumaq üçün yalnız rəsmi zəmanətli məhsul alın.

Vitrin məhsullarından uzaq durun, anbardan açılmamış məhsul tələb edin.

Bağlı qutuda olan, gözünüzün qabağında açılan məhsul alın.

Əlavə zəmanət paketlərinə aldanmayın.

Satış məsləhətçilərinin “məsləhətləri”nə inanmayın.

Hansı şirkət haqqında daha çox şikayət varsa, ondan uzaq durun.

Elektronika məhsulunu almadan öncə araşdırma aparın və rəy oxuyun.

Məhsulu sınaqdan keçirmədən və sənəd almadan pulu ödəməyin.

Sonda qeyd edk ki, Azərbaycanda elektronika bazarında baş verən fırıldaqlar sistematik xarakter daşıyır və istehlakçı hüquqları ciddi şəkildə pozulur. Hüquqi nəzarət və maarifləndirmə olmadıqca vəziyyət daha da pisləşəcək. Ümid etmək olar ki, yaxın gələcəkdə dövlət bu sahəyə ciddi müdaxilə edəcək və bütün mağazalar yalnız rəsmi zəmanətlə məhsul satmağa məcbur ediləcək.

Pərviz Həşimli

“Gününəsi.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 15 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see293

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see187

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see155

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see153

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

12 Noyabr 2025 08:18see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see147

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see141

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see139

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see138

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see137

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see134

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri