Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Azərbaycanda əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyası necədir? ŞƏRH

Azərbaycanda əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyası necədir? ŞƏRH

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Azərbaycanda əlilliyi olan şəxslərin sosial həyatda tam şəkildə iştirak etməsi dövlət siyasətinin və ictimai diqqətin mühüm istiqamətlərindən biri olmalıdır.

Son illərdə bu sahədə müəyyən irəliləyişlər olsa da, əlilliyi olan şəxslərin təhsil, məşğulluq, ictimai nəqliyyatdan istifadə və sair məsələlər ciddi çağırış olaraq qalır.

İnteqrasiya prosesi yalnız infrastruktur məsələləri ilə məhdudlaşmır — bu həm də maarifləndirmə, ictimai münasibətlərin dəyişməsi və bərabər imkanların təmin olunması deməkdir. Bu mövzu cəmiyyətin inklüzivliyinin, humanizminin və inkişaf səviyyəsinin göstəricisidir.

Bəs Azərbaycanda əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyası hansı səviyyədədir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev vurğulayır ki, dövlət dəstəyinin əsas hədəfi daha ağır və məhdudiyyəti çox olan insanları əhatə etməkdir:

“Azərbaycanda əlilliyi olan şəxslərin sosial həyatda fəal iştirakı məsələsi getdikcə aktuallaşan problemlərdən, daha doğrusu, mühüm müzakirə mövzularından birinə çevrilib. Bu istiqamətdə dövlətin sosial siyasət hədəfləri getdikcə daha da təkmilləşdirilir və inkişaf etdirilir. Eyni zamanda Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq bəzi ifadə və anlayışlarda sosial yanaşma baxımından mühüm dəyişikliklər həyata keçirilir.

Həm Əmək Məcəlləsində, həm də digər sosial qanunvericilik aktlarında əlilliyi olan şəxslər üçün bir sıra imtiyazlar nəzərdə tutulur. Xüsusən də onları işlə təmin edən, əlverişli fəaliyyət şəraiti yaradan müəssisə, birlik və təşkilatlara müəyyən güzəştlər və imtiyazlar tətbiq olunur.

Bu baxımdan əlilliyi olan şəxslərin təhsil məsələsi də diqqət mərkəzindədir. Həmin şəxslərin məşğulluğu və təhsildə inklüziv yanaşmanın tətbiqi də artıq real faktdır. Bu, təkcə əlilliyi olan şəxslərə deyil, həm də müxtəlif hərəkət məhdudiyyəti olan insanlara da şamil edilən məsələdir.

Təhsil istiqamətində, xüsusən sosial təcriddən azad olmaq və inklüziv siyasət yönündə sadə, lakin məqsədyönlü tədbirlər həyata keçirilir. Statistik göstəricilərə əsasən, hər üç nəfərdən birində müəyyən yaş dövründən sonra məhdudiyyətlərin müxtəlif dərəcələrdə müşahidə oluna biləcəyi qeyd edilir.

Dövlət dəstəyinin əsas hədəfi daha ağır və məhdudiyyəti çox olan insanları əhatə etməkdir. Müasir dövrdə təhsil və sosial siyasətin prioritetlərindən biri hər kəs üçün bərabərlik, bərabər imkanların yaradılması, əlilliyi və məhdudiyyəti olan şəxslərin cəmiyyətə fəal inteqrasiyasının təmin edilməsidir.”

Sosioloqun sözlərinə görə, cəmiyyətdə inklüzivlik, humanizm və inkişaf amilləri bir-birini tamamlamalıdır. Marifləndirmə burada yalnız ilkin mərhələdir:

“Əsl dəyişiklik münasibətlərin formalaşması və hər kəsə fərdi, lakin bərabər yanaşma prinsipi əsasında baş verir. Müxtəliflik və fərqlilik cəmiyyət tərəfindən qəbul edilməli, eyni zamanda bərabər imkanların təmin olunması inklüziv siyasətin əsas şərtlərindən biri kimi götürülməlidir.

Son dövrlər inklüziv siyasət və inklüziv təhsil tədbirləri sosial siyasətin mühüm hədəfləri sırasındadır. Bu istiqamətdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Azərbaycanda müxtəlif kateqoriyadan olan məhdudiyyətli şəxslərin sayı təxminən yarım milyondan bir qədər artıqdır — yəni 540 min nəfər civarındadır. Bu, kifayət qədər böyük bir sosial qrupdur.

Əlilliyi olan şəxslərə yanaşma inklüziv fəaliyyət xəttinə əsaslanmalıdır. İnklüzivlik burada həm fərdi yanaşmanın, həm də sosiallığın əsas atributu kimi çıxış edir. Azərbaycanda bu məsələlərə son illər daha çox diqqət yetirilsə də, sosial infrastrukturun tənzimlənməsi, iş yerlərinin əlçatanlığı sahəsində hələ də müəyyən problemlər qalmaqdadır.

Bununla yanaşı, ictimai münasibətlərin də dəyişdiyi müşahidə olunur. Xüsusən də bu sahədə ixtisaslaşmış mütəxəssislər — sosial işçilər, tədqiqatçılar və psixoloqlar ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində mühüm işlər görürlər.

Bu mütəxəssislərin fəaliyyəti artıq real nəticələr verir. “ASAN Xidmət”, “DOST” mərkəzləri və digər innovativ sosial dəstək qurumlarında məhdudiyyətli şəxslərlə bağlı konseptual və fərdi yanaşmalar tətbiq olunur. Fərdi problemlərin idarə olunması baxımından həyata keçirilən proqram və xidmətlər təkmilləşdirilir və cəmiyyətin bu məsələyə baxışı da tədricən dəyişir.

Bununla yanaşı, cəmiyyətin inklüzivlik səviyyəsi, sosial baxış məsələlərində açıqlığın dərəcəsi və sosial-iqtisadi problemlərin qalması bu prosesə təsir göstərir. Yoxsulluq səviyyəsinin hələ də tam aradan qalxmaması inklüziv tədbirlərin genişlənməsini müəyyən qədər məhdudlaşdırır.”

Naib bəy dövlətin büdcə və daxili imkanlar çərçivəsində bu problemləri həll etməyə çalışdığını və bunun nəticələrinin artıq görünməkdə olduğunu bildirdi:

“Lakin həm sosial-iqtisadi hədəflərə çatmaq, həm də cəmiyyətin bütün təbəqələrində sosial rifah və təhlükəsizliyi təmin etmək üçün sosial proqram və xidmətlərin daha da təkmilləşdirilməsinə ehtiyac var.

Bunun üçün yeni addımların atılması və innovativ yanaşmaların tətbiqi vacibdir. Baxış bucağının dəyişməsi insanların inklüziv təhsil səviyyəsindən, sosial hazırlığından və elmə, təhsilə, sosial həyata münasibətindən asılıdır.

Dəyişikliklər mövcuddur və nəzərə çarpacaq dərəcədədir. Lakin hələ əhəmiyyətli nəticələrdən danışmaq üçün bir qədər tezdir. Biz nə qədər bu məsələdə mütərəqqi, obyektiv və tərəfsiz yanaşsaq, bərabər münasibət sərgiləsək, bir o qədər də əlilliyi olan şəxslərin sosial inteqrasiyası prosesi sürətlənəcək.

Proses gedir, lakin onun daha da sürətləndirilməsinə ehtiyac var”.

Gülxanım Əliyeva 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Oktyabr 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri