Azərbaycanda ən çox istifadə olunan avtomobil markaları SİYAHI
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünyanın ən etibarlı avtomobilləri sırasında yer alan modellərin Azərbaycanda nə dərəcədə yayıldığı da maraq doğurur.
Xüsusilə “Hyundai”, “Toyota” və “Kia” markalarının reytinqdə ön sıralarda yer alması bu istehsalçıların ölkəmizdəki mövqeyini yenidən gündəmə gətirir.
“Cebheinfo.az”-ın araşdırmasına görə, 2025-ci ilin sonuna Azərbaycanda 1 milyon 676 min 80 minik avtomobili qeydiyyatda olub.
Onların 153 min 983-ü “Hyundai”, 124 min 922-si “Toyota”, 106 min 962-si isə “Kia” markasına aiddir.
Beləliklə, bu üç markanın ölkədəki ümumi sayı 385 min 867-yə çatıb. Bu isə Azərbaycandakı minik avtomobillərinin təxminən 23 faizini təşkil edir.
“Hyundai” markalı avtomobillərin sayı 2024-cü ilin sonundakı 142 min 814-dən 2025-ci ilin sonunda 153 min 983-ə yüksəlib.
Bir il ərzində 11 min 169 avtomobil artımı qeydə alınıb. “Toyota” markasında artım 9 min 771, “Kia”da isə 9 min 209 avtomobil təşkil edib.
Etibarlılıq reytinqində ilk sırada yer alan Hyundai i10-un Azərbaycandakı dəqiq sayı açıqlanmasa da, markanın ümumi avtomobil parkında 153 min 983 avtomobillə təmsil olunması onun yerli bazardakı mövqeyini göstərir.
Reytinqin ikinci pilləsində qərarlaşan Hyundai Santa Fe də ölkəmizdə tanınan modellərdəndir. Lakin 2018–2024-cü illərdə istehsal olunan “Santa Fe”lərin ayrıca qeydiyyat sayı açıqlanmır.
“Toyota RAV4”ün də ölkədəki konkret sayı məlum deyil. Bununla belə, “Toyota” markasının ümumi avtomobil parkında 124 min 922 avtomobillə təmsil olunması modelin yerli bazarda mövcudluğunu göstərir.
“Kia EV3” isə siyahıdakı daha yeni modellərdən biridir. “Kia” markasının Azərbaycandakı avtomobil sayı 2025-ci ilin sonunda 106 min 962-yə çatıb. Lakin “Kia EV3”ün ölkədə neçə ədəd qeydiyyatda olması barədə ayrıca rəsmi göstərici yoxdur.
“Toyota GR Yaris”, “Toyota Aygo X”, “Vauxhall Grandland”, “Mini Hatchback”, “Volkswagen T-Roc” və “Porsche Macan” modellərinin də Azərbaycandakı qeydiyyat sayı açıq statistikada ayrıca təqdim edilmir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin avtomobillərin markalarına görə statistikası mövcuddur.
Baş Dövlət Yol Polisi İdarəsinin məlumatları əsasında avtomobillərin markaları, tipləri, texniki vəziyyəti və regionlar üzrə bölgüsü barədə hesabat hazırlanır.
Lakin konkret modellərin sayını müəyyən etmək üçün əlavə məlumat tələb olunur.
Beləliklə, qlobal etibarlılıq reytinqində yer alan avtomobillərdən “Hyundai”, “Toyota” və “Kia” Azərbaycanda geniş yayılmış markalardır.
Bu üç istehsalçının avtomobilləri ölkədəki minik avtomobillərinin təxminən dörddə birini təşkil edir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 27 Noyabr 2026 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















