Azərbaycanda ən çox izlənən sosial media platformaları SİYAHI
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda sosial şəbəkə platformalarının bazar payları üzrə 2026-cı ilin oktyabr ayına dair statistika açıqlanıb.
FED.az xəbər verir ki,“Global Stats” Statistika Mərkəzinin məlumatına görə, hesabat ayında Azərbaycanda sosial media platformaları arasında ən yüksək bazar payı “YouTube”a məxsus olub. Platformanın istifadə payı əvvəlki ayla müqayisədə 18,93 faiz bəndi artaraq 40,49 faiz təşkil edib.
İkinci yerdə “Facebook” qərarlaşıb. Platformanın Azərbaycandakı bazar payı oktyabr ayında 10,31 faiz bəndi azalaraq 26,95 faizə düşüb.
“X” (keçmiş “Twitter”) 10,12 faiz bazar payı ilə üçüncü sırada yer alıb. Platformanın göstəricisi əvvəlki ayla müqayisədə 0,9 faiz bəndi azalıb.
Dördüncü pillədə “Instagram” qərarlaşıb. Platformanın bazar payı 7,3 faiz təşkil edib. Bu göstərici aylıq müqayisədə 5,02 faiz bəndi aşağı düşüb.
“Pinterest” 6,38 faiz bazar payı ilə beşinci yerdə qərarlaşıb. Platformanın payı sentyabr ayında əvvəlki ayla müqayisədə 1,31 faiz bəndi azalıb.
Altıncı sırada “LinkedIn” yer alıb. Platformanın Azərbaycandakı bazar payı 5,66 faiz təşkil edib və aylıq müqayisədə 0,47 faiz bəndi artıb.
“Reddit” isə 2,58 faiz göstərici ilə yeddinci pillədə qərarlaşıb. Platformanın bazar payı əvvəlki ayla müqayisədə 2,18 faiz bəndi azalıb.
Beləliklə, oktyabr ayında Azərbaycanda sosial şəbəkələrin bazar payına görə ilk üçlük “YouTube”, “Facebook” və “X”dan ibarət olub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 02 Noyabr 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















