Icma.az
close
up
RU
Azərbaycanda erməni dilinin tədrisi: Kadr və pul varmı?

Azərbaycanda erməni dilinin tədrisi: Kadr və pul varmı?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.

Proqrama əsasən, 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda orta və ali məktəblərdə bir sıra xarici dillər tədris olunur.Azərbaycanın orta ümumi təhsil müəssisələrində erməni dili tədris oluna bilərmi və hazırda bununla bağlı kadr, tədris vəsaitləri varmı?

Məsələ ilə bağlı Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi “Cebheinfo.az”-a bildirib ki, əslində erməni dilinin orta məktəblərdə tədrisi mümkündür, ancaq bununla bağlı Elm və Təhsil Nazirliyi qərar verməlidir:

“Ümumiyyətlə, erməni dilinin tədrisi lazımdır. Hazırda Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universitetində erməni və gürcü dilləri tədris olunur. Biz əvvəlcə qonşu dövlətlə müharibə ərəfəsində olduğumuza görə, düşmənin dilini bilmək prinsipi ilə bu dili öyrənməyə başladıq.

Ancaq indi barışıq imzalandıqdan sonra yəqin ki, qonşu dövlət kimi bir-birimizin dilini bilməliyik. Biz Ermənistanda yaşayarkən orada 3-cü sinifdən Azərbaycan məktəblərində tədris edirdilər. İndi də yenə erməni məktəblərində 3-cü sinifdən başlayaraq, tədricən yəqin ki, digər məktəblərdə də Azərbaycan dilinin tədrisinə başlayacaqlar.

2012-ci ildə ermənilər “Daşaltı əməliyyatı”nın 20 illiyini qeyd edərkən orada erməni general çıxışında bildirmişdi ki, “Biz azərbaycanlıları öz dillərində aldadaraq Daşaltı əməliyyatında məhv elədik”. Həmin çıxışdan sonra bizdə bu məsələ dövlət səviyyəsində müzakirə olundu. Cənab Prezident göstəriş verdi ki, bizdə də erməni dili tədris olunsun. 

O zaman “ATV” televiziya kanalında müsabiqələr keçirildi. Mən Ermənistanda ermənilərlə birgə olmuşdum, orta məktəbdə ermənicə keçmişdim. Yəni erməni dilində bildiyimə görə, mən də bu çağırışa qoşuldum və orada onluğa düşdüm. Mən BDU-nun Tarix fakültəsini bitirmişdim. Mənə təklif etdilər ki, haranı istəyirsən? Gördüm BDU-da yer var və məni buraya göndərdilər. O vaxtdan BDU-da erməni dili tədris olunur. 

Artıq 13 ildir ki, bir neçə ali məktəblərdə erməni dili tədris olunur. Əgər ermənilər Azərbaycan dilinin tədrisinə başlayıblarsa, bizdə də bu reallaşsa ziyan görmərik. Çünki müharibədən sonra bizdə elə bir oyanış baş verib ki, düşmənin dilini bilmək lazımdır”.

Bu sahədə kadr məsələsinə gəldikdə, İsmayıl Tanrıverdi həmin vaxtdan başlayaraq erməni dilini bilən çoxsaylı kadrlar yetişdirdiklərini deyir:

“Onlar da müharibə zamanı və müharibədən sonra əsirlərlə, məhkəmələrlə bağlı bizə çox lazım olur. Bu sahədə mənim bir çox tələbələrim var. BDU-da hazırlanmış əlifba və qrammatikadan istifadə edirlər. Bizdə bir yalnışlığa da yol verirdilər ki, dünyanın heç bir yerində əlifba ilə qrammatikanı eyni vaxtda keçmirlər. Bu, bizdə yayılmışdı. 

Ona görə də biz erməni dilində əlifba hazırladıq. Ən azı 1500-ə qədər söz bazası yaranmışdı. Qrammatikaya keçdikdən sonra hallanma, zamanlar, şəkilçilər öyrənib cümlə quruluşuna keçirlər. Azərbaycanda ilk dəfə tələbələrimlə birgə 1000 səhifəlik, 74 min söz və söz birləşməsindən ibarət Azərbaycan-erməni dilinin lüğəti çap olunub.

Baxmayaraq ki, tirajı cəmi 100 ədəd olmuşdu. İndi tələbələrimizlə çalışırıq ki, çoxasaylı tirajla onu yenidən çap etdirək. Mənim tələbələrimdən biri BDU-nun Tarix fakültəsini “qırmızı” diplomla bitirmişdi və erməni dilini öyrətmişdim, onu mərkəzə işçi kimi götürdüm.  

İki nəfər qız burada işlədikdən sonra onlayn imtahan verdilər və onlardan biri Dövlət Gömrük Komitəsinə qəbul oldu. Hazırda İran sərhədində işləyir. İkinci qız isə Trabzon Dövlət Universitetinin “Erməni dili qrabarı” doktoranturasına onlayn qəbul oldu.

Bitirdikdən sonra “Erməni dili qrabarı” üzrə Amerikada təcrübə keçdi və hətta orada erməni tələbələr təəccüblənmişdilər ki, “qrabarı bizdən yaxşı bilidir”. Hazırda Xankəndi Universitetində işə qəbul olunub. O, Azərbaycanda “Erməni dili qrabarı” üzrə ilk doktorantdır”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan erməni dili tədris

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri