AZƏRBAYCANDA ƏSLİNDƏ NƏ QƏDƏR İŞSİZ VAR? “1 mln. 155 min insan hardadır, niyə işsiz kimi qeydiyyatda deyil?!”
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkəmizdə əhalinin real işsizlik səviyyəsilə rəsmi statistika arasında ciddi fərqlər olduğu tez-tez iqtisadçılar və digər mütəxəssislər tərəfindən səsləndirilir. Doğrudan da rəsmi statistikanın dediyi cəmi 5.2 faiz işsizlik göstəricisi ölkədəki daha böyük olan real işsizlərin sayına qətiyyən uyğun görünmür.
“AzPolitika” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu mövzuyla bağlı maraqlı paylaşım edib. Rəsmi statistikanın, yumşaq desək, qüsurlu olduğunu göstərən həmin paylaşımı təqdim edirik: “Rəsmi məlumat: 2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlərin sayı 278.9 min nəfər olub. İşsizlik səviyyəsi ölkə üzrə 5,2% təşkil edib. İqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib.

Həzərat, hökumət məşğul, işlə təmin olunan əhalini necə sayır - bəlkə suallar ünvanlayaq, bəlkə kimsə çıxıb cavab verər… Hökumət deyir ki, ölkədə iqtisadi fəal əhali sayı, yuvarlaq olaraq, 5,4 mln. nəfərdir. Elə həmin hökumətin öz məlumatına görə, məmləkətdə muzdla, yəni, rəsmi iş müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər təşkil edir. Deməli, ölkədə 5,4 mln. əmək qabiliyyətli insan var, bunlardan rəsmi müqavilə ilə çalışanların sayı 1,8 (yuvarlaq olaraq) milyondur. Yəni, 3,6 mln. insan rəsmi olaraq heç yerdə işləmir, amma, məşğuldur – nə ilə məşğuldur, bunu açıqlamırlar, gəlin birlikdə hesablamağa çalışaq.
2025-ci ilin məlumatlarına görə, ölkədə aktiv vergi ödəyicilərinin sayı (fiziki şəxslər) 845 min olub. Tutalım, 845 min VÖEN-lə çalışır, halbuki, reallıqda belə deyil.
Hökumət deyir ki, kənd təsərrüfatında 1,7 mln. insan çalışır (iqtisadi aktiv sayılan insanların 30%-dən çoxu), məşğulluğunu təmin edir. Amma harda, necə çalışır, nə qazanır, nə yeyir, nə içir – bu haqda dəqiq məlumat yoxdur. Lap tutalım ki, elədir, halbuki, bunun özü də hökuməti biabr edən məlumatdır – ölkədə 1,7 mln. insan (tutalım) aqrar sahədə çalışsın, amma bu qədər insanın, məsələn, ixracatda payı 1 mlrd. dollara belə çatmasın, yəni, aqrar sahədə çalışan hər bir vətəndaş (bir daha – rəsmi rəqəmləri həqiqət saysaq) aya 49 dollar dəyərində mal-məhsul ixrac edir.
Məsələn, Hollandiyada iqtisadi aktiv əhalinin cəmi 2,5%-i aqrar sektordadır, amma ildə 140 mlrd. dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edirlər. Yəni, aqrar sektorda çalışan hər bir hollandiyalı ilə 440 min dollarlıq məhsul ixrac edir, bizdə 49 dollarlıq – yəni, holland bizdən 9000 dəfə çox xaricə aqrar sektor məhsulu satır.
Tamam, gəlin rəsmi rəqəmləri toplayaq: 1,8 mln. rəsmi müqavilə ilə çalışır, 1,7 mln. aqrar sektorda işləyir, 845 min də VÖEN-lə qazanır, toplamda 4 mln. 245 min nəfərdir, ölkədə iqtisadi fəal əhali sayı isə 5,4 milyondur, yaxşı, bu 1 mln. 155 min insan hardadır, nə işlə məşğuldur, niyə işsiz kimi qeydiyyatda deyil?!
Bir baba-igid varmı çıxıb izah etsin, açıqlasın?!”
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 17 Noyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















