Icma.az
close
up
RU
Azərbaycanda evlilik yaşı 30 u keçib Deputatdan HƏYƏCAN TƏBİLİ

Azərbaycanda evlilik yaşı 30 u keçib Deputatdan HƏYƏCAN TƏBİLİ

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Bu ilin yanvar-may ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 min 56 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8-ə düşüb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Cari ilin yanvar-may aylarında ölkədə 25 min 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

Bəs azalma bu templə davam edərsə, gələcəkdə ölkənin əmək bazarı, sosial təminat və digər sahələrində hansı problemlər yarana bilər?

Milli Məclisin deputatı Azər Allahverənov “Bakupost”a bildirib ki, son illərdə təbii artımın ciddi şəkildə azalması müşahidə olunur:


“Hətta müəyyən statistik rəqəmlərə əsasən deyə bilərəm ki, 2020-ci ildə hər min nəfərə düşən doğum sayı 10,7 olub və həmin dövrdə təbii artım təxminən 50,9 min təşkil edib. Bu, həmin dövr üçün kifayət qədər yaxşı göstərici idi. Amma ildən-ilə azalmaya diqqət yetirsək, görərik ki, burada 24-25 faizə qədər, hətta 25 faizdən də artıq azalma var. Çünki əgər 2020-ci ildə hər min nəfərə 12,7 nəfər düşürdüsə, 2025-ci ilin müvafiq göstəricisində olan sayın xeyli aşağı olduğunu görürük. Bu da, qeyd etdiyim kimi, təbii artımda özünü birmənalı şəkildə büruzə verir.

İndi dünya miqyasında gedən proseslərə diqqət yetirsək, görə bilərik ki, 2020-ci illə müqayisədə azalma var. Amma bu azalma templəri hələ burada çox təhlükəli həddə hesab olunmur. Azalma, təbii ki, istənilən halda xoşagələn hal deyil. Amma dünya miqyasında gedən templərlə müqayisə etdikdə görürük ki, azalma özü bu gün hələ kritik həddə deyil. Hərçənd ki, indi bəzi dövlətlərdə bu göstəricilər kritik hədd kimi də qiymətləndirilə bilər. Orada da, yenə demoqrafik mənzərə nəzərə alındığı halda buna qərar verilə bilər”.

Deputat azalmanın müxtəlif səbəblərindən danışıb. Onun sözlərinə görə, Azərbaycanda nikaha daxilolma yaşı kəskin şəkildə artır:

" Əvvəlki 5-10-15 il bundan qabaq müəyyən yaş dövründə nikaha daxil olmayan şəxslər elə də çox deyildi. Amma indi orta statistik rəqəmlərə nəzər saldıqda 30 yaşdan yuxarı şəxslərin nikaha daxil olması ilə bağlı statistik rəqəmlərdə artım var. Bu da həmin ailələrdə doğulan uşaqların sayına istər-istəməz təsir göstərir. Ailələr bir, maksimum iki uşaqla kifayətlənirlər.

İndi sual yaranır ki, bəs nikaha daxilolma yaşı niyə artır? Burada daha çox iqtisadi səbəblər dilə gətirilir. Mənzilin baha olması, daha sonra təhsil məsələləri, yəni gənc ailələrin üzləşə biləcəyi bir sıra məsrəflər var ki, bunlar istər-istəməz dünyaya gətirilən uşaqların sayına da müəyyən dərəcədə təsir edir. Misal üçün, bu məsrəflər kifayət qədər çox olduqda və ailənin iqtisadi vəziyyəti, gəlir səviyyəsi yüksək olmadıqda, həmin ailə maksimum bir uşaqla məhdudlaşmaq məcburiyyətində qalır”.

Azər Allahverənov miqrasiya və urbanizasiya proseslərinin də demoqrafik vəziyyətə təsir etdiyini qeyd edib:

“Reproduktiv yaşda olan insanların, xüsusilə də kişilərin xarici ölkələrə üz tutması və müəyyən müddət orada qalması da ölkənin reproduktiv mənzərəsinə istər-istəməz mənfi təsirini göstərir. Ona görə də sadaladığım səbəblərə diqqət yetirdikdə görürük ki, demoqrafik müstəvidə özünü büruzə verməkdə olan bu meyillər katastrofik və kritik olmasa da, istər-istəməz öz mənfi təsirini göstərir. Xüsusilə də təbii artım tempinin azalmasına mənfi təsirini göstərir. Təbii artım tempini ümumi əhali sayına nisbətdə götürdükdə müəyyən bir kritik hədd var. O həddən aşağı düşdüyü halda artıq həyəcan təbilini çalmaq zərurəti yaranır.

Məsələn, təbii artım templəri ümumi əhali sayına nisbətdə 1-2 faiz olduqda, bu, artıq müəyyən mənada həyəcan təbilinin çalınmasını zəruri edir. Azərbaycandakı statistik göstəricilər hətta bu gün bundan da aşağıdır. Bu da təbii ki, müəyyən sahələrə, o cümlədən əmək bazarına, gələcəkdə pensiya və sosial təminat sisteminə, təhsil sahəsinə, ordu quruculuğu məsələlərinə öz təsirini göstərə bilər. Sosial xərclərin bölüşdürülməsində disbalansın yaranması və iqtisadi artımın demoqrafik göstəricilərlə adekvat olmaması müxtəlif kontekstlərdə özünü büruzə verir. Bu baxımdan aidiyyəti strukturların, xüsusilə sosial təminat və digər sahələrlə məşğul olan qurumların müəyyən tədbirlər həyata keçirməsi zəruridir”.

Deputat əlavə edib ki, dövlət tərəfindən bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər də həyata keçirilir:

“Bu tədbirlər arasında gənc ailələrə sosial dəstəyin göstərilməsi, icbari tibbi sığorta ilə bağlı bir çox xərclərin sığorta hesabına qarşılanması, eyni zamanda sosial təyinatlı evlərin tikilərək ehtiyacı olan şəxslərə verilməsi, yəni mənzil təminatı istiqamətində müəyyən işlərin həyata keçirilməsi var. Bunlar artıq müəyyən mənada stimullaşdırıcı tədbirlər kimi dəyərləndirilə bilər. Amma təbii ki, bu cür azalma tendensiyalarının qarşısını müəyyən qədər əngəlləyirmi? Müəyyən mənada, ola bilsin, əngəlləsin. Yəni bu tədbirlər olmadığı təqdirdə daha sürətli azalma tendensiyaları ilə üzləşə bilərik. Dövlət tərəfindən göstərilən bu yardım müəyyən mənada öz töhfəsini verir”.

A.Allahverənov beynəlxalq təcrübədə tətbiq olunan bir sıra alətlərin də nəzərdən keçirilməsinin mümkün olduğunu bildirib:

“Burada, məsələn, güzəştli ipotekanın verilməsi, müəyyən fəaliyyətlərin subsidiyalarla dəstəklənməsi, müxtəlif güzəştlərin, o cümlədən vergi güzəştlərinin tətbiqi ola bilər. Xüsusilə ikinci və üçüncü uşağı olan ailələrdə və ya ailə başçısının əməkhaqqından tutulan vergilərlə bağlı güzəştlərin tətbiqi mümkündür. Nəticə etibarilə, bu tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən göstərilən qayğının daha da əhatəli və geniş olmasına şərait yarada bilər. Amma burada konkret olaraq dediyim kimi, dövlət səviyyəsində həyata keçirilən bir sıra dövlət proqramları var və həmin proqramlarda da bu sahəyə aid elementlər mövcuddur”.

Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 20 Avqust 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri