Azərbaycanda fəaliyyət göstərən məşhur türk iş adamı hansı qanun pozuntusuna yol verib?
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
"Sirab Satış və Dağıtım” şirkətinin rəhbəri Mehmet Alper Yaycılı inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, Dövlət Əmək Müfəttişliyi ona İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə cərimə yazıb.
Bu maddə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi ilə bağlıdır.
Bu inzibati xətaya görə vəzifəli şəxslərin 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Mehmet Alper Yaycılı dövlət qurumunun qərarında məhkəməyə şikayət verib.
Şikayətə Abşeron Rayon Məhkəməsində baxılacaq.
Yanvarın 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Firuzə Kərimovanın sədrliyi ilə keçiriləcək.
"Sirab Satş və Dağıtım” şirkəti 7 dekabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 000 000 manatdır.
Şirkətin qanuni təmsilçisi olan Mehmet Alper Yaycılı həm də Türkiyədə tanınan iş adamıdır. Türkiyənin məşhur "Yaycılı qardaşları” şirkətinin payçılarından biridir. Bu şirkətin əsasını İshaq Yaycılı qoyub. Mehmet Alper Yaycılı onun oğludur.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















