Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək.
Ölkə.az xəbər verir ki, yeniliklər Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Maliyyə xidmətləri" indikatoru üzrə hazırlanan 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.
Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.
Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır. Bu dəyişikliklər kredit tarixçələri üzrə məlumatların daha dolğun toplanmasına, risklərin qiymətləndirilməsinin dəqiqləşməsinə və maliyyə təşkilatları üçün şəffaflığın yüksəldilməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 14 Noyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















