Icma.az
close
up
RU
Azərbaycanda gənclər niyə yuxusuz qalır? PROBLEM

Azərbaycanda gənclər niyə yuxusuz qalır? PROBLEM

Icma.az, Modern.az saytına istinadən bildirir.

Gənclər arasında gecə-gündüz anlayışı sanki dəyişir. Azərbaycanda getdikcə daha çox gənc gecələri oyaq keçirir, günün böyük hissəsini isə yuxuda olur. Gec saatlara qədər sosial şəbəkələrdə vaxt keçirmək, film və serial izləmək, oyun oynamaq, dostlarla ünsiyyətdə olmaq və gecə işləmək bu rejimin əsas səbəbləri sırasında göstərilir. Nəticədə yuxu rejimi pozulur, gecə aktivliyi adi həyat tərzinə çevrilir.

Lakin gecə oyaq qalmaq sadəcə günün saatlarını dəyişməkdən ibarət deyil. Davamlı yuxusuzluq və keyfiyyətsiz yuxu immunitetin zəifləməsinə, psixoloji problemlərin və diqqət dağınıqlığının yaranmasına səbəb ola bilər. Yuxu rejimi pozulan gənc səhərlər oyanmaqda, vaxtında işə və ya dərsə çatmaqda çətinlik çəkir, məsuliyyətli iş rejiminə uyğunlaşa bilmir və sosial həyatında da problemlərlə üzləşə bilər. Bəs gəncləri gecələr oyaq saxlayan nədir və gecələr onlar əslində nə ilə məşğul olurlar?

Məsələ ilə bağlı sosioloq Mail Yaqub Modern.az-a açıqlama verib:

"Bu gün Avropa həyat tərzinə baxsaq, məsələn, Avropanın tanınmış və qabaqcıl ölkələrindən biri olan Almaniyada insanların, əsasən, axşam saat 8-9 radələrində evlərinə çəkildiyini və erkən yatmağa çalışdığını görərik. Təəssüf ki, Azərbaycanda vəziyyət bunun əksinədir. Təkcə Azərbaycanda deyil, bir çox qonşu ölkələrdə də gecə həyat tərzi geniş yayılıb.

Şübhəsiz ki, bu rejimin insanların psixologiyasına, sosial həyatına və ümumi sağlamlığına mənfi təsirləri var. Buna görə də formalaşmış bu vərdiş dəyişməlidir.

Azərbaycanda bu həyat tərzinin formalaşmasına bir neçə amil təsir göstərir. Daha əvvəl qeyd etdiyimiz hər üç səbəb - sosial şəbəkələr, sosial-iqtisadi vəziyyət və iş münasibətləri, eləcə də ümumi həyat tərzinin dəyişməsi - burada öz rolunu oynayır. Lakin təbii ki, sosial şəbəkələrin təsiri xüsusilə böyükdür. İnsanlar gecə saatlarına qədər sosial şəbəkələrdən istifadə edir, nəticədə yuxu rejimi pozulur və bu, zamanla həyat tərzinə çevrilir".

Bəs bu vəziyyəti necə dəyişmək olar?

"Məsələnin ən çətin tərəfi də məhz budur. Məncə, bunun əsas yolu insanların fərdi şəkildə problemi dərk etməsindən və dəyişməyə qərar verməsindən keçir. Psixoloqların da vurğuladığı kimi, hər hansı problemi dəyişmək üçün ilk növbədə insan həmin problemin mövcudluğunu və onun fəsadlarını qəbul etməlidir. Buna fərqindəlik deyilir. İnsan problemi problem kimi görmürsə, onun həlli üçün də addım atmayacaq.

Ona görə də ilk növbədə cəmiyyətdə, xüsusilə gənclər arasında bu fərqindəliyi yaratmaq lazımdır. İnsanlar başa düşməlidirlər ki, gecə həyat tərzinin normallaşması sağlam və xoşagələn bir vəziyyət deyil. Yuxu rejiminin davamlı pozulması zamanla müxtəlif sağlamlıq problemlərinə, psixoloji gərginliyə və sosial münasibətlərin zəifləməsinə gətirib çıxara bilər"-o, deyib.

Bəs bu fərqindəliyi kim yaratmalıdır?

"Təbii ki, təlimçilər, psixoloqlar, sosioloqlar, ziyalılar və bu sahədə söz sahibi olan digər mütəxəssislər. Ziyalılar bir-biri ilə mübahisə etmək və əhəmiyyətsiz mövzular ətrafında vaxt itirmək əvəzinə, cəmiyyət üçün faydalı məsələləri gündəmə gətirməlidirlər. Onlar sosial şəbəkələrdə, televiziyalarda və digər ictimai platformalarda davamlı şəkildə bu mövzuda danışmalı, insanları maarifləndirməlidirlər.

Çünki cəmiyyətin həyat tərzində dəyişiklik yalnız fərdi səviyyədə deyil, həm də ictimai maarifləndirmə yolu ilə baş verə bilər. İnsanlar problemin fərqinə vardıqca, öz həyat tərzlərini dəyişmək üçün daha çox motivasiya əldə edəcəklər.

Əks halda, bu vəziyyət davam etdikcə qarşılaşdığımız problemlər də getdikcə artacaq. Buna görə də bu gün ən vacib məsələlərdən biri sağlam yuxu rejiminin və daha düzgün həyat tərzinin cəmiyyətdə təşviq edilməsidir"-sosioloq, söyləyib.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova öz fikirlərini bildirib:

"Bu dövrdə çoxlu sayda gənc, hətta yeniyetmələr belə gecə yatmamağı artıq vərdiş halına gətiriblər. Gecələr onlar üçün daha sakit və rahat olur. Kimləsə ünsiyyət qurmaq, film izləmək, insanlarla danışmaq və müxtəlif işlərlə məşğul olmaq daha asan görünür. Bir çoxu gün ərzində çatdıra bilmədiyi işləri də axşam və gecə saatlarına saxladığı üçün gecə rejimi onlar üçün getdikcə daha cəlbedici olur.

Nəticədə gecə yuxusunu arxa plana keçirir, zaman keçdikcə isə gündüzlər gec oyanmağa və günün böyük hissəsini yatmağa başlayırlar. Beləliklə, yuxu rejimi tamamilə pozulur.

Bu problemin yaratdığı ciddi fəsadlardan biri də orqanizmin bioloji ritminin pozulması və melatonin ifrazının azalmasıdır. Bu vəziyyət insanın emosional və psixoloji durumuna mənfi təsir göstərə bilər. Aqressivlik, depressiv əlamətlər, diqqət və yaddaş problemləri, qavrama qabiliyyətinin zəifləməsi kimi hallar müşahidə oluna bilər".

"Problemlər daha da dərinləşdikdə psixiatrın müdaxiləsinə belə ehtiyac yarana bilər. Son dövrlərdə psixoloq və psixiatra müraciət edən insanlar arasında yuxu problemi olanların sayı da diqqət çəkir. Bir çox hallarda ilkin mərhələdə yuxu probleminin aradan qaldırılması üçün psixoloqla işləmək mümkün olur. Əgər bu yanaşma kifayət etmirsə və problem daha ciddi xarakter daşıyırsa, pasiyentin psixiatra müraciət etməsi zəruri olur.

Ona görə də yuxu problemini sadəcə gec yatmaq və ya gündüz çox yatmaq kimi qiymətləndirmək düzgün deyil. Sağlam yuxu rejimi həm fiziki, həm də psixoloji sağlamlığın əsas şərtlərindən biridir"-psixoloq, deyib.

Nicat Rüstəm

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Avqust 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see825

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see327

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see310

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see296

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see278

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see268

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see245

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see243

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see196

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see195

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see192

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see190

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see190

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see190

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see189

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see188

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see183

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see183

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see168

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri