Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycanda geoloji irsin qorunması və geoturizmin inkişafı məqsədilə yaradılacaq Geoloji park layihəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupun iclası keçirilib.
Qurumdan AZƏRTAC-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbərinin müavini Aynurə Kərimova bildirib ki, iclasda geopark layihəsinin konseptual istiqamətləri üzrə görülmüş işlər nəzərdən keçirilib, Geoloji parkın konsepsiyasının yekun variantının formalaşdırılması, ərazi sərhədlərinin müəyyən edilməsi, ərazinin inventarlaşdırılması və beynəlxalq tələblərə uyğun nominasiya sənədinin hazırlanması istiqamətində başlanılmış işlərin gedişi müzakirə olunub.
Nazirlik rəsmisinin sözlərinə görə, geoparkın yaradılması Azərbaycanın unikal geoloji irsinin qorunmasına, Abşeron yarımadasının palçıq vulkanları qrupunun təbliğinə, ekoturizmin inkişafına və gələcəkdə ölkəmizin UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə üzvlük imkanlarının reallaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, Geoloji parkın yaradılması təşəbbüsü Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq həyata keçirilir. Yeni geoparkın Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanları arasından beynəlxalq ekspertlər tərəfindən seçilmiş ərazilərdə yaradılması nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Noyabr 2026 22:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















