Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanda güzəştli mənzillərin seçimi daha da asanlaşdırılıb

Azərbaycanda güzəştli mənzillərin seçimi daha da asanlaşdırılıb

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vətəndaşların məmnunluğunun artırılması, "Güzəştli mənzil" sistemindən istifadənin daha əlçatan olması məqsədilə mənzil seçimi mərhələlərində bir sıra dəyişiklik edib.

"AzPolitika" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, güzəştli mənzillərin növbəti seçimi zamanı tətbiq ediləcək yeniliklərdən biri seçimin üsulu ilə bağlıdır. "Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 5.7-ci bəndinə əsasən elektron kabinet verilmiş şəxs mənzili ünvan əsasında seçir və seçilmiş mənzili digər şəxslərin seçməsi imkanı elektron sistem vasitəsilə məhdudlaşdırılır.

Buna uyğun olaraq, satış günü "Güzəştli mənzil" sistemi vasitəsilə həyata keçirilən seçim prosesi zamanı ilk olaraq "ünvan üzrə" seçim üsulu aktiv olacaq. Belə ki, vətəndaşlar ən azı 30 gün öncədən verilmiş elanla ətraflı tanış olduqdan sonra sahib olmaq istədikləri mənzillərin ünvanlarını Agentliyin rəsmi internet səhifəsində "Mənzillər" bölməsi (04.09.2026-cı il tarixində satışa çıxarılan mənzillər) vasitəsilə dəqiqləşdirib seçim günü həmin mənzilləri ünvanları üzrə axtarış edəcəklər. Vətəndaşlar ilk olaraq yalnız bir mənzili ünvanı üzrə axtarış edir və real vaxt rejimində həmin mənzilin statusu barədə məlumat alır. Daha sonra ardıcıl olaraq "xəritə üzərində" və "parametrlər üzrə" axtarış üsulları aktivləşəcək.

Xəritə üzərində seçim zamanı vətəndaşlar yalnız axtarış etdikləri binada seçdiyi mərtəbəyə uyğun olaraq satışda olan mənzillərin statusları barədə məlumatları, parametrlər üzrə axtarış zamanı isə ümumilikdə layihədə yerləşən bütün binalar üzrə seçilməyən mənzilləri görə biləcəklər. Bundan öncə keçirilən seçimlər zamanı bəzi vətəndaşlar nöqsanlara yol verərək otaq sayı, ödəniş üsulunda yanlış seçimlər edirdi. Tətbiq edilən bu yenilik isə vətəndaşlara seçimi daha rahat və dəqiq reallaşdırmağa imkan verəcək və mənzil seçmək şansını artıracaq.

Gözləmə qaydasında mənzil seçimi zamanı isə vətəndaşlar öncədən mənzillərin statuslarını görə biləcəklər. Bu da onların gözləmə qaydasında mənzil seçmək şansını daha da artıracaq. Yəni vətəndaş gözləmə qaydasında seçim zamanı 1-ci və ya 2-ci sırada seçilməyən mənzilləri öncədən görə biləcək. Beləliklə, gözləmə qaydasında mənzil seçimi prosesinin optimallaşdırılması vətəndaşların bu xidmətdən daha çevik və səmərəli şəkildə yararlanmasına şərait yaradacaq.

Növbəti yenilik "Seçimlər" mərhələsi ilə bağlıdır. Belə ki, verilən elana uyğun olaraq layihənin adı, daha sonra layihəyə uyğun olaraq ödəniş üsulu və mənzil seçimi üsulunun hər biri ayrılıqda yeni səhifədə yerləşdiriləcək.

Daha bir yenilik mənzil seçimi etdikdən sonra imzalama ilə bağlıdır. Artıq mənzili seçdikdən sonra elektron kabinet sahibindən ərizəsini imzalayıb təqdim etmək tələb olunmayacaq. Belə ki, vətəndaş "Güzəştli mənzil" sistemi vasitəsilə keçirilən mənzil seçimi çərçivəsində seçim zamanı "Təsdiq et" düyməsini sıxdıqdan sonra dərhal "Ərizəçi" statusunu əldə edəcək. Bu isə əlavə vaxt itkisinin qarşısını almaqla, prosesin daha sürətli və daha operativ həyata keçirilməsinə imkan yaradacaq.

Agentliyin rəsmi internet səhifəsində seçim prosesinə uyğun olan yeni bölmə yaradılıb. Bunun üçün vətəndaşlar mida.gov.az internet səhifəsində "Mənzillər" bölməsinə, "Güzəştli mənzil" sistemində isə "Demo satış" bölməsinə keçid edərək satışa çıxarılan bütün mənzillər barədə, həmçinin mənzillərin axtarış üsulları ilə bağlı məlumatlarla ətraflı tanış ola bilərlər. "Güzəştli mənzil" sistemi vasitəsilə keçiriləcək mənzil seçimi prosesinə əlavə təhlükəsizlik tədbirləri tətbiq edilə bilər.

Ölkə Prezidentinin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Avqust 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri