Icma.az
close
up
RU
Şairin sinədəftər Əsginaz anası Abşeronda qaldı...

Şairin sinədəftər Əsginaz anası Abşeronda qaldı...

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Əgər bir insanın ürəyinin əkizini axtarmaq, ya da duyğularını kiminlə bölüşdüyünü bilmək istəsən, gərək ürəyinin səsini dinləyəsən. O səs sənə ən yaxınını, ruhuna ən uyğun adamı tanıdır. O səsin saxtası yoxdu, olmur. Əslində, hər bir insan ruhunun əkizini tanıyır.

Ruhumun qardaşını, əkizini həmişə Namiq Dəlidağlıda tapmışam. Bəzən insan özünə bənzəyəni yox, öz ruhunun dilində danışan insanı tapır. Mənim ruhumun dilindən anlayan da o olub, onun ruhunu da anladığıma inanıram.

Mən onu tanıyanda Kəlbəcər yeni işğal olunmuşdu. Adamlar bütün əşyalarını, xatirələrini orada qoyub gəlmişdilər. Namiqin o gələnlərdən fərqi onda idi ki, o elə bil heç özünü də gətirə bilməmişdi, özünü büsbütün Kəlbəcərdə, Çovdar kəndində qoyub gəlmişdi. İti həyətlərində zəncirə bağlı qalmışdı. Elə bil, Namiqin bütün ruhu da orada, o çidarda, o zəncirdə kilidlənmişdi.

Bir dəfə Novruz bayramında kəndimizə getmişdim, ata ocağının rahatlığını, ana torpağın əzizliyini hiss etdirən, bir fikir yazıb paylaşmışdım; "Ev Anadır, insan həmişə evinə dönər". Bu sözlərimi onun görüb bəyənməsi uzun illər içimdə utanc qarışıq bir qəbahət hissi kimi qalmışdı.

Onun anası ev deyildi, sönmüş ocaq idi, talanmış yurd idi.

Ovdan qayıdan Salur Qazan dağıdılmış, talanmış obası ilə necə danışırdısa, Namiqin anası Əsginaz ana da Kəlbəcərlə şeirlə, bayatı ilə elə danışırdı: “Xəbər ver mənə, qara başım qurban olsun, yurdum, sənə!”

Əsginaz ana sinədəftər idi. Təkcə Namiqin deyil, o bölgənin şairləri Bəhmən Vətənoğlunun, Sücaətin şeirlərini də əzbər bilirdi. Şeir deyəndə səsində, avazında olan ağır yanğı sadəcə yurd həsrəti deyildi, həm də qaçqınlıq illərində Abşeron torpağında dəfn etdiyi oğlunun və gənc nəvəsinin nisgili idi.

Namiqin şeirlər kitabı nəşr olunmamışdı. Hərdən elə düşünürdüm ki, Namiqin anasının ürəyi onun söz xəzinəsidir; bütün şeirləri, bütün sözləri orada yığılıb qalıb.

Bir gün Əsginaz ananı da həmin Abşeron torpağında əzizlərinin yanında dəfn elədik, məzarı Kəlbəcərdə girov qalan ərinin yanına gedə bilmədi. Onun dəfnində sadəcə sinəsində yatan gözəl sözləri deyil, Çovdara dönəcək ümidləri də basdırırdıq sanki. Amma əmin idik ki, ruhlar mütləq öz aid olduğu torpaqlara dönəcək. Bir vaxt gələcək, o torpaqlar da unudulacaq, deyə düşünürdük, amma yurd həsrəti ilə yaşayan insanlar öldükcə onların azad ruhları yenidən həmin torpaqlara qayıdır, doğmalarını yurda çağırırdı.

Dönməmək olmazdı...

Kəlbəcər alınandan sonra Namiq bayrağa sarılmış halda öz yurduna dönmüşdü. Evlərinin dağılmış divarlarını kol-kos basmış, divarlar səsizlikdən, elə tənhalıqdan öz-özünə dağılıb getmişdi. Divarlar nə qədər qalın olsa da, insan nəfəsi və hənirtisi olmasa mütləq dağılır.

Bilirəm ki, dostumun nəfəsi o dağılmış yurda yenidən can verəcək. O yurdda bir işıq yandırması kifayətdir.

O işığa ocaqdan didərgin düşmüş bütün ruhlar dönəcək. O divarların canına yenidən insan nəfəsi qayıdacaq. Əsginaz ananın ruhu da. Bir vaxtlar o həyətdə zəncirdə qalan itin hürüşü də qayıdacaq. Çünki yurd təkcə insanlarını deyil, orada qalan bütün səslərini gözləyir. Hətta bir vaxtlar zəncirlənmiş ümidlər də.

İndi o sözlərə daha çox inanıram: “Ev Anadır, insan həmişə evinə dönər!”...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Noyabr 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see391

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see332

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see328

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see299

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see299

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see283

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see280

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see272

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see264

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see263

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see260

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see250

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see247

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see242

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see237

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see237

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see232

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see222

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see220
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri