Icma.az
close
up
RU
Azərbaycanda hansısa futbolçuya bir oyun şans verməyəndə həvəsdən düşür

Azərbaycanda hansısa futbolçuya bir oyun şans verməyəndə həvəsdən düşür

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Turan Tovuz" Misli premyer-liqasının evdə keçirilən 16-cı tur matçında "Şamaxı"nı məğlub etdi - 3:2.

"Football-plus.az" xəbər verir ki, "bozqurd"un baş məşqçisi Kurban Berdıyev oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- İki fərqli hissə izlədik. Birinci hissədə həvəssiz çıxış etdik. İkinci yarıda isə daha yaxşı oyun göstərdik. Futbolçularımın uğuruna görə sevinirəm.
- Bu gün qələbə qazandız. Amma əvvəlki oyunlarda xeyli nöqsanlara yol verildi. Xallar itirildi. Tovuz azarkeşi olsaydız, bu oyunlardan zövq alardız?
- Müəyyən hissələrdə yaxşı təsir bağışladıq. Ümumi götürsək, komandanın çıxışından razı qalmaq mümkündü.
- Araş Qadirinin performansı haqda nə deyə bilərsiz?
- Araş yavaş-yavaş öz formasını bərpa edir. Onun belə təzyiq altında olmasının tərəfdarı deyiləm. Onu deyim ki, işinin öhdəsindən gəldi.
- Əvvəllər Tural Bayramlının çıxışı haqda xoş sözlər demisiz. Amma nə kubok matçında, nə də bu oyunda onu meydanda görmədik. Bu, nəylə bağlıdı?
- Məsələ həm də Turalın özündən asılıdı. Situasiyalara əsasən qərar veririk. Onun məşqlərini görürəm. Bu, elə bir haldı ki, şans Turalı tapmalıdı.
- Bəs, belə mövzular futbolçuya psixoloji cəhətdən mənfi təsir edə bilərmi?
- Komandamız mübarizəyə davamlıdı. Hamı məşq etməyə, oynamağa çalışır. Təəssüf ki, Azərbaycanda hansısa futbolçuya bir oyun şans verməyəndə həvəsdən düşür. Belə hallar məşqçi üçün çətindi.
- Marandiçidən sonra Xəyalı da itirdiz. Qarşıda "Araz-Naxçıvan" və "Neftçi"ylə oyunlar var. Komandanı növbəti matçlara hazırlaşdırmaq çətin olmayacaq?
- Xəyalın zədəsinin ciddi olmadığını düşünürəm. Ümid edirəm ki, növbəti matçda meydana çıxa biləcək.
- Qələbəni Denis Marandiçiyə həsr etmək olarmı?
- Əlbəttə! Biz Denislə daim əlaqədəyik. İnanırıq ki, ən qısa zamanda yanımıza qayıdacaq. Hər futbolçumuz bizim üçün önəmlidi.
- Ayxan Abbasov dedi ki, "Turan Tovuz"un qələbəsində azarkeşlərin də rolu var. Siz də belə düşünürsüzmü?
- Təbii ki, elədi. Bizim azarkeşlərimiz ən yaxşısıdı. Onlar həm səfərdə, həm də evdə yanımızda olurlar.
- Qış hazırlıq planı bəllidimi? Sizcə, vaxt az deyilmi?
- Türkiyəyə yollanacağıq. Yanvarın 4-dən 13-ə kimi orda olacağıq. Vaxtı isə federasiya təyin edir. Bu haqda nəsə deyə bilmərəm.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Dekabr 2024 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri