Icma.az
close
up
RU
Azərbaycanda hantavirusun yayılma riski var? ÜST dən AÇIQLAMA

Azərbaycanda hantavirusun yayılma riski var? ÜST dən AÇIQLAMA

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hazırda hantavirusun yayılma riski aşağıdır.

Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə sürətli cavab tədbirləri üzərində çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha da yayılmasının qarşısını almağa yönəlib:

“İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində, xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə yoluxurlar. Bəzən çirklənmiş tozun nəfəsə çəkilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu ötürə bilər. Qapalı və ya yaxşı havalandırılmayan yerlərin təmizlənməsi, əkinçilik, meşə təsərrüfatı işləri və ya gəmiricilərin olduğu yerlərdə qalmaq yoluxmaq üçün risk faktoru daşıyır”.

Bildirilib ki, virusun insandan insana yoluxma halı çox nadirdir və yalnız Amerikada rast gəlinən Andes virus ilə müşahidə olunub. Belə yoluxmalar baş verdikdə, adətən ailə üzvləri və ya partnyorlar arasında, xüsusilə xəstəliyin erkən mərhələsində uzunmüddətli və yaxın təmas zamanı olur.

Qonşu və regiondakı digər ölkələrdə hantavirusla bağlı mövcud vəziyyət

Qeyd edilib ki, ÜST gəmidə olan vətəndaşlara görə 12 ölkəni məlumatlandırıb. Bura Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Müqəddəs Kitts və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir.

ÜST həmçinin, Cənubi Afrika ilə əlaqəli bir təyyarə reysində olan şəxslərin izlənməsi üçün yardım göstərir: “Beynəlxalq təmas üzrə izlənmə davam edir. Sərnişinlər məlumatlandırılıb və onlarda hər hansı simptom yaranarsa, məlumat vermələri istənilib”.

ÜST şübhəli halların test, müalicə və lazım gələrsə, izolyasiya vasitəsilə tez müəyyənləşdirilməsi və idarə olunmasının vacibliyini vurğulayıb: “ÜST həmçinin, bu tip virusların idarə olunması sahəsində təcrübəsi olan Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyəti daha yaxşı başa düşsün və cavab tədbirlərini gücləndirsin”.

Bu virusun diaqnozu üçün Azərbaycanda laboratoriya imkanları varmı?

O da bildirilib ki, Azərbaycanda həm insan sağlamlığı, həm də heyvan sağlamlığı laboratoriyalarında hantavirusun PCR üsulu ilə yoxlanılması imkanı mövcuddur: “ÜST həmçinin, Andes virusu üçün etibarlı testlərin təmin edilməsi məqsədilə Avropa üzrə laboratoriyalarla əməkdaşlıq edir.

Lazım gəlsə, nümunələr təsdiqləmə üçün təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referans laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə test proseslərini dəstəkləmək üçün yenilənmiş laboratoriya təlimatlarını yayımlayacaq”.

Hantavirusla bağlı qlobal risk

Qeyd edilib ki, ÜST ümumi qlobal riski aşağı hesab edir: “Gəmidə olan insanlar üçün isə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asanlıqla yayılmır. Virus adətən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Dünya üzrə hər il minlərlə yoluxma halı qeydə alınır, lakin bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır.

Gəmilərdəki vəziyyət riski azaltmaq məqsədilə diqqətlə idarə olunur”.

Hantavirusun müalicəsi

Hazırda hantavirus üçün nə vaksin, nə də xüsusi antiviral müalicə mövcuddur.

“Müalicə əsasən xəstələrin diqqətlə izlənməsinə və ağciyər, ürək və ya böyrəklərlə bağlı problemlərin müalicəsinə yönəlir. Erkən tibbi yardım almaq nəticələri yaxşılaşdıra bilər. İnsanlar təsdiqlənməmiş müalicə üsullarına güvənməməlidirlər, çünki bunlar düzgün tibbi yardımın gecikməsinə səbəb ola bilər. Əgər virusa məruz qaldığınızı düşünürsünüzsə, məsləhət almaq üçün yerli səhiyyə qurumuna müraciət edin”, - ÜST-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

İnsanlar hansı simptomlar üçün dərhal tibbi yardım almalıdırlar?

Məlumatda qeyd edilib ki, simptomlar adətən virusa məruz qaldıqdan sonra bir ilə səkkiz həftə arasında başlayır. Yayğın simptomlara qızdırma, yorğunluq, nəfəs alma çətinliyi (tez bir zamanda ağırlaşa bilər) daxildir. Digər mümkün simptomlara isə baş ağrısı, əzələ ağrısı, qarın ağrısı, ürəkbulanma və ya qusma faktorları daxildir.

ÜST-nin əhaliyə çağırışı

İnsanlar hazırki vəziyyətdə nə etməlidir?

“İnsanlar gündəlik normal fəaliyyətinə davam etsinlər. İctimai səhiyyə qurumlarının tövsiyələrinə əməl etsinlər və məlumatı etibarlı mənbələrdən alınlar. Həmçinin şayiələr və ya təsdiqlənməmiş məlumatlar yaymasınlar”, - ÜST-nin Azərbaycandakı nümayəndəliyinin məlumatında deyilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanda hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb. Nazirlikdən qeyd edilib ki, hantavirus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.

Qeyd edək ki, hantavirusa ilk yoluxma simptomları gəmi səyahətində olan Niderlanddan olan yaşlı bir cütlükdə qeydə alınıb və onlar indiyə kimi həyatını itirən üç nəfər arasındadır. Buna baxmayaraq, ilkin yoluxmanın harada baş verdiyi hələ də müəyyən edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 May 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri