Azərbaycanda hər il maaşlar arta bilər Hökumət işçi qrupu yaradıb
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
"Minimum əməkhaqqına ildə azı bir dəfə baxılması üçün işçi qrupu yaradılıb".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliklərdən biri də minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir:
"Bu mexanizmin tətbiqi ilə əlaqədar artıq Nazirlər Kabinetində işçi qrupu yaradılıb. Həmin işçi qrupunda aidiyyəti dövlət orqanlarının rəhbərləri və rəhbər müavinləri, eyni zamanda sosial tərəfdaşların nümayəndələri iştirak edirlər. Təbii ki, işçi qrupunda məsələyə baxılarkən həm "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda minimum əməkhaqqı ilə bağlı müəyyən edilmiş meyarlar nəzərə alınacaq, həm də hər bir tərəfin rəhbərlik etdiyi və siyasətini həyata keçirdiyi orqanların, təşkilatların xüsusiyyətləri əsas götürüləcək. Bununla da minimum əməkhaqqının saatlıq məbləğinin və ümumi məbləğinin müəyyən edilməsi təmin olunacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 11 Noyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















